Dərc edildi: Baxış sayı: 728
Zəlili - Yar səndən
Yanaqlan lalem, püstə dəhanim,
Mən dönəram könlüm dönməz yar sənden.
Ruyi gül bənövşəm, tuti süxənim,
Mən dönəram könlüm dönməz yar səndən.
Fərhad “Şirin” deyib bunca gəzəndir,
Məcnun Leyli sitəminə dözəndir,
Deməgil: “Yar məndən əlin üzəndir”,
Mən dönərəm könlüm dönməz yar səndən.
Çıxmaq olmaz Yaradanın əmrindən,
Adamzadlar törar biri-birindən,
Ölən aşıq yoxdur məşuq cəbrindən,
Mən dönərəm könlüm dönməz yar səndən.
Bu yalan cahanda sənsən dayancım,
Cövhərim, xəzinəm, mədənim, gəncim,
Məqsədim, muradım, könül güvəncim,
Mən dönəram könlüm dönməz yar səndən.
Zəlili der: mənim Dəndü xanımsan,
Cəsədim içində şirin canımşan,
Qıymazım, dözməzim, mehribanımsan,
Mən dönərəm, könlüm dönməz yar səndən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət