Slimfit
  1. DÜNYA

Zelenski Ukraynanın ilk prezidentinə vəzifə verdi – Donbass danışıqlarını aparacaq

Zelenski Ukraynanın ilk prezidentinə vəzifə verdi – Donbass danışıqlarını aparacaq
Sakura

Zelenski Ukraynanın ilk prezidentinə vəzifə verdi – Donbass danışıqlarını aparacaq

Leonid Kravçuk Kuçmanın gedişindən sonra Minskdəki danışıqlar prosesinin rəhbərliyini öz üzərinə götürməyə razı olub.

Ens.az Konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, iyulun 30-da prezident Vladimir Zelenski Ukraynanın ilk prezidenti Leonid Kravçukun Minskdəki Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Keçmiş dövlət başçısının bu səviyyədəki danışıqlar prosesində iştirak etmək üçün lazımi təcrübəyə sahib olduğu qeyd olunur.

Leonid Kravçukun sözlərinə görə, vəzifəsində Donbasda sülhə nail olmaq üçün əlindən gələni edəcək.

Onun fikrincə, həqiqətən beynəlxalq hüquq, suverenlik, müstəqillik prinsiplərini qəbul edən Ukrayna və Avropa ölkələri Ukraynada sülhün əldə edilməsi ətrafında toplaşmalıdırlar.

“Bir yol axtarmalı və birləşməliyik” deyə Kravçuk sözünə yekun vurub.

Xatırladaq ki, bu həftə Minskdə uzun illər Ukrayna nümayəndə heyətinin rəhbəri olan Leonid Kuçma ikinci dəfə danışıqlar masasını tərk etmək qərarına gəlib.

Bir gün əvvəl Zelenski onun əvəzlənməsi haqda anons verib. Mümkün namizədlər arasında o, Kravçukun adını çəkib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR