
Dərc edildi: Baxış sayı: 86
Zelenski Moskva ilə danışıqların əleyhinə çıxdı
Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə danışıqlara qarşı çıxıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı bunu Moskvaya inamlarının olmamaları ilə izah edib.
"Biz Rusiyaya, Rusiya ilə danışıqlara etibar edə bilmərik", - deyə o bildirib.
Bununla yanaşı, Zelenski ABŞ-nin münaqişədə neytral qalmaq istəyinin düzgün olmadığını bildirib.
Ukrayna liderinin fikrincə, Birləşmiş Ştatlarda Prezident Donald Trampın Administrasiyası dövründə Rusiya narrativləri üstünlük təşkil edir.
Bundan əvvəl Zelenski Trampı Ukraynaya dəvət etmişdi və bildirmişdi ki, ABŞ lideri gələrsə, Rusiyanın Ukrayna ilə nə etdiyini anlayacaq.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət