Dərc edildi: Baxış sayı: 256
Zelenski elan etdi: ABŞ-la da təhlükəsizlik müqaviləsi...
Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır. Sənəd ABŞ Konqresində Ukraynaya yardımın nəzərdən keçirilməsi tamamlandıqdan sonra imzalana bilər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Bizim artıq 9 müqaviləmiz var, Konqresdə Ukraynaya yardıma dair qərar qəbul edildikdən sonra biz Birləşmiş Ştatlarla bu vacib razılaşmaya gələcəyik”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, bu, təkcə ABŞ-ın Ukraynaya hərbi dəstəyinə aid deyil, həm də humanitar aspektlərə, yenidənqurma, maliyyə dəstəyi və enerjiyə təsir göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət