Zelenski də Bakıda bundan imtina etdi
Venesuela Prezidenti Nikolas Madurodan sonra dünən Ukrayna Prezidenti Vladimir Zelenski də Bakıda cangüdənsiz gəzintiyə çıxıb.
Axar.az xəbər verir ki, dünən Bakıda səfərdə olan Zelenski şəhərin məşhur oyuncaq mağazalarından birindən alış-veriş edib. Ukrayna Prezidentinin mağazaya mühafizəçilərsiz gəlməsi və mağazanı da tək gəzib uşaqlarına oyuncaq seçməsi marağa səbəb olub.
Sözügedən fotonu “zelenskiy.office” İnstagram səhifəsi paylaşıb.
Xatırladaq ki, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Venesuela Prezidenti Nikolas Maduro da tədbirdən sonra axşam saatlarında həyat yoldaşı ilə Bakının Dənizkənarı Milli Parkında gəzintiyə çıxmışdı. Gecə gəzintisinə mühafizəçilərsiz çıxan Maduro jurnalistlərə açıqlama da vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət