Dərc edildi: Baxış sayı: 380
Zelenski Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür edib
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bunun çox yüksək qiymətləndirildiyini deyib.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət