Slimfit
  1. MARAQLI

Zebrləri zolaqları qoruyurmuş

Zebrləri zolaqları qoruyurmuş
Sakura

Britaniya alimləri aşkar ediblər

Bristol Universitetinin alimləri, zebrlərin naxışlı yunlarının, milçəklərin yerə enməsi zamanı onları azdıraraq, göyünlərin (həşərat) dişləməsindən qoruduğunu aşkarlayıblar. Onlar anlayıblar ki, "diafram effekti" kimi tanınan optik illüziya həşəratların korluğunda müəyyən rol oynayır. 

"Bu həyəcanverici araşdırma nəinki bizi dünyanın ən maraqlı və fotogenik heyvan növlərindən birini başa düşməyə yaxınlaşdıracaq, eyni zamanda milçək dişləmələri nəticəsində zərərləri azaltmağa çalışan fermerlər və hətta atlar üçün qoşqu ləvazimatları və çulları istehsal edən şirkətlər üçün də böyük maraq doğuracaqdır " deyə Bristol Universitetinin Bioloji Elmlər Məktəbinin baş tədqiqatçı həmmüəllifi və professoru Tim Karo CNN-ə bildirib.

"Proceedings of the Royal Society" jurnalı yazır ki, sınağın gedişatında alimlər, atların kürəyinə zebr zolaqları şəklində olan örtük atdılar və böcəklərin davranışlarını müşahidə etdilər. Tabanus cinsinə aid olan göyünlər, heyvanlara yaxınlaşdıqda yavaşlaya bilmədi və ya yanından uçub keçdilər.

Atların üzərinə boz, zolaqlı və dama-dama şəkilli örtüklər atıldıqda, milçəklər " yerə enməyə çəkindi, yaxınlığında bir az fırlandı, zolaqlı və dama örtüklərə o qədər də yaxınlaşmadı" dedi, lakin boz rənglə özlərini fərqli şəkildə apardılar.

Zebrlərin zolaqlara malik olması haqqında hal - hazırdakı əsas fərziyyə - onları göyünlərin dişləməsindən müdafiə etməsidir. Afrikadakı göyünlər atlar ailəsinin nümayəndələri üçün ölümcül xəstəlikləri daşıyırlar və buna görə zebrlər üçün onların sancmasından qaçmaq – həyati əhəmiyyətlidir. Təkamül bu işdə onlara kömək etməyə çalışıb.

Karo əmindir ki, zebrlərin quyruqlarını demək olar ki, davamlı olaraq yelləməsi və həmçinin milçəkləri də uzaqlaşdıran bir qoxuya malik olması bu heyvanların xüsusilə milçəklərə qarşı həssas olduğu fikrini dəstəkləyir.

Ev atları ilə müqayisədə zebralar daha aqressiv milçəklərin dişləməsindən əziyyət çəkirlər. Bu səbəbdən heyvanların təbii rənglənməsi təcavüzkar böcəklərə qarşı təkamül silahıdır. Gələcək araşdırmalarında alimlər, yunda hansı naxışların daha təsirli olması və eyni zamanda, zəhlətökən milçəyin təmkinliyində naxışın ölçüsü və tezliyinin roluna diqqət yetirəcəkdir.

Mənbə: mir24.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR