Zaxarova: Azərbaycanla Ermənistan arasında razılıq əldə olunsa...
Saxlanılan şəxslərin mübadiləsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılıq əldə olunarsa, Rusiya bunu dəstəkləyəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
Rusiya XİN nümayəndəsi qeyd edib ki, əsirlərin mübadiləsi məsələsi hər zaman danışıqların gündəmindədir.
“Əsirlərin dəyişdirilməsi mövzusu bu ilin aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub. Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri bu görüşdə iştirak ediblər. Tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılıq əldə ediblər”, - deyə XİN rəsmisi əlavə edib.
O xatırladıb ki, 2019-cu ilin iyun ayında Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə vətənlərinə qayıdıb.
M.Zaxarova qeyd edib ki, Rusiya bu kimi vacib aksiyanı alqışlayır.
“Bunu həbsdə olanların vəziyyətinin asanlaşdırılmasında ilk addım kimi görürük. Digər həbsdə olanlarla bağlı da iş gedir. Razılıq əldə olunsa, şübhəsiz ki, bunu dəstəkləyəcəyik”, - deyə M.Zaxarova əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət