Dərc edildi: Baxış sayı: 310
Zaxarova Aİ-nin Ermənistana 10 milyon avro dəyərində hərbi yardım ayırmasından danışdı
"Biz dəfələrlə qeyd etmişik ki, Aİ hətta sözdə belə öz sülh potensialını itirib".
Oxu.Az News.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.
"Aİ-nin Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqazda dağıdıcı təsirini yaymaq üçün geosiyasi hesablamalar dayanır. Axı kollektiv Qərb xəritədən daha bir qaynar nöqtənin azalmağına necə dözə bilər!? Avropa Sülh Fondunun məqsədi isə sülh deyil, müharibədir", - Zaxarova bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət