Slimfit
  1. AVTO VƏ MOTO

Zavod 3 min dollara elektrikli avtomobillər istehsal edəcək

Zavod 3 min dollara elektrikli avtomobillər istehsal edəcək
Sakura

Zavod 3 min dollara elektrikli avtomobillər istehsal edəcək

Özbəkistanda elektrikli maşınlar istehsal edəcək "Shaffof Omad Sanoat" şirkətinin avtomobil zavodu tikiləcək. Avtosfer.az xəbər verir ki, Kokand şəhərində yerləşəcək müəssisənin sahəsi 30 min kvadrat metr olacaq. Bu barədə “Forbes.uz” məlumat yayıb.

Məlumata görə, dəyəri 30 milyon dollar olan layihədə, Çinin “Silk Road Company” şirkəti də iştirak edəcək.

Bildirilir ki, koveyerdən ilk elektrikli avtomobil gələn il çıxacaq və qiyməti 3 min dollardan başlayacağı gözlənilir. Həmçinin, bu maşınların ixrac edilməsi də planlaşdırılır.

Yayılan görüntülər, elektrik avtomobillərinin dizaynının “Mercedes-Benz”ə bənzəyəcəyini göstərir. Beləliklə, avtomobillər Alman maşınları üslubuna bənzər bir emblem və radiator barmaqlığı alacaqlar.

Modelin texniki göstəricisi hələlik gizli saxlanılır.

“CarNewsChina” portalının yazdığına görə, söhbət “Luxing iStar” elektrikli maşınlarından gedir. Yeni avtomobilin enerji ehtiyatı 150 kilometr, maksimal sürəti isə 45 km / saat təşkil edəcək.

 

Namiq Musayev

Mənbə: avtosfer.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR