Slimfit
  1. CƏMİYYƏT

"Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA

"Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA
Sakura

"Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA

ATV-nin efirində yayımlanan “Zaurla Günaydın” verilişinin sosial izolyasiya qaydalarının tətbiqindən əvvəl çəkildiyi ilə bağlı yayılan xəbərlərə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.

Ens.az xəbər verir ki, Metbuat.az-a özəl müsahibə verən Təvəkkül Dadaşov bildirdi ki, verilişdə qonaqlardan birinin maska taxması o demək deyil ki, veriliş sosial izolyasiya qaydaları tətbiq olunan müddətdə çəkilib.

''Hər birimiz özümüzü bir qədər xəstə hiss edən kimi maska geyinirik. Bu verilişdə iştirakçı olan qonaq da ola bilər ki, çəkiliş müddətdə özünü yaxşı hiss etmədiyi üçün maska geyinərək qorunmaq istəyib.''

Təvəkkül Dadaşov xüsusi ilə vurğuladı ki, ölkədə fəaliyyət göstərən televiziyalar mütəmadi olaraq Covid-19 ilə mübarizədə əhalini məlumatlandıraraq virusdan qorunmaq üçün maarifləndirmə xarakterli verilişləri yayımlayıb, pandemiya ilə mübarizədə köməklik göstərirlər. Milli Televiziya və Radio Şurası koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə fəaliyyət göstərən televiziyaların gördüyü bu işləri yüksək qiymətləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR