Slimfit
  1. CƏMİYYƏT

Zahid Oruc çörək bişirdi

Zahid Oruc çörək bişirdi
Sakura

Zahid Oruc çörək bişirdi

94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc Bərdə ağsaqqalları ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş “Bərdə-Çörək” ASC-nin binasında keçirilib.

Görüşdən sonra O, müəssisənin işiylə yaxından tanış olub. İstehsalat prosesi, iş şəraiti, işçilərin durumuyla maraqlanıb.

Ona müəssisənin fəaliyyəti ilə bağlı məlumatlar verilib. İstehsalat prosesiylə tanışlıq zamanı Zahid Oruc özü də iş prosesinə qoşulub, çörək bişirib. Onun bu addımı olduqca maraqla qarşılanıb.

Deputatlğa namizəd işçilərə ən xoş arzularını çatdırıb, ruzi-bərəkət diləyib. “Bərdə-Çörək” ASC 1980-cı illərin əvvəllərində istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR