Slimfit
  1. AZƏRBAYCAN

Zabitimiz şəhid oldu, gərginlik artacaq - MM-də müzakirə

Zabitimiz şəhid oldu, gərginlik artacaq - MM-də müzakirə
Sakura

Zabitimiz şəhid oldu, gərginlik artacaq - MM-də müzakirə

Hesabat onu göstərir ki, 2018-ci il dövlət büdcəsi lazımı səviyyədə icra edilib.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Deputat əlavə edib ki, 2018 və 2019-cu il dövlət büdcəsində hərbi xərclərin öndə olması başadüşüləndir:

“Hesab edirəm ki, gələcək illərdə də bu belə olacaq. Bildiyiniz kimi, həmsədrlərin regiona səfəri zamanı Azərbaycan Ordusunun zabiti şəhid oldu. Bu, ciddi suallar doğurur. Ehtimal var ki, qarşıdakı illərdə münaqişənin gərginliyi artacaq. Ermənistanda indiki hakimiyyətə qarşı olan qüvvələr bəyan edirlər ki, Paşinyan güzəştlərə hazırlaşır. Rusiya və erməni mətbuatı yazır ki, Rusiyadakı erməni oliqarxları ilə Qarabağdakı separatçılar arasında razılaşma əldə edilib və Paşinyanı hakimiyyətdən devirmək üçün addım atılacaq. Bu fonda Paşinyanın güzəştə getməsi ağlabatan deyil. Bu mənada hesab edirəm ki, dövlət büdcəmizin tərtibi zamanı hərbi xərclər ana xətti təşkil etməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Xarici İşlər Nazirliyi artıq mövqeyini ifadə edib: “Bütün beynəlxalq qurumlarda bizim nümayəndəliklərə göstəriş veriləcək ki, son hadisəni hər yerdə qaldırsınlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR