Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yuxusuzluqdan əziyyət çəkənlərin diqqətinə...

Yuxusuzluqdan əziyyət çəkənlərin diqqətinə...
Sakura

Yuxusuzluqdan əziyyət çəkənlərin diqqətinə...

Bolqar bibərinin vətəni Amerikadır. Bolqar bibərini digər ölkələrdə "şirin bibər" adlandırırlar.
 
Medicina.az xəbər verir ki, bolqar bibərinin bir çox sortları mövcuddur, onlar bir-birindən rəng (sarıdan qəhvəyiyə kimi) və forma ilə seçilir. Bu bibər ən faydalı tərəvəzlərdən biri sayılır. Vitaminlər, minerallar, qidalı liflərlə zəngin olan bu dadlı tərəvəzdə olduqca az kalori var ki, bu səbəbdən bibər bir çox pəhrizlərə daxil edilir.
 
-Bibər B qrupu vitaminlərlə zəngindir ki, bu xüsusiyyət onu sinir sistemi üçün çox faydalı edir. Stress, depressiya, nevrozlar, yuxusuzluqdan əziyyət çəkən insanların menyusunda bu tərəvəz daim olmalıdır. Həmçinin bibər yaddaşı və diqqəti yaxşılaşdırır.
 
-C vitamini ilə zəngin olan bolqar bibəri immun sistemini möhkəmləndir.
 
-Qırmızı bolqar bibərinin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
 
-Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
 
-Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yeyin.
-Bibər mədə və mədəaltı vəzi üçün çox faydalı sayılır.
 
-Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir - ödemləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
 
-Tərkibində çoxlu miqdarda C və P vitaminləri və "rutin" maddəsi olan bibər qan damarlarının cavanlığını qoruyur, damarları daha möhkəm və elastik edir.
 
-Bolqar bibəri şəkərli diabet xəstələri üçün çox faydalıdır.
 
-Qidalı liflərlə zəngin olan bolqar bibəri bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır.
 
Bolqar bibəri çiy vəziyyətdə yemək daha yaxşıdır. Bişirilmə zamanı bibər bir çox faydalı xüsusiyyətlərini itirir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR