Dərc edildi: Baxış sayı: 702
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı
Yuxusunan inanan kişi lotereyada “Cek-Pot”un qalibi olub. Hadisə ABŞ-ın Miçiqan şatının Drammond adasında qeydə alınıb.
Bu barədə UPI informasiya portalı xəbər verib.
23 yaşlı Cessi Fravala iddia edir ki, o, “Wild Time” ani lotoreyasında 500 min dollar (850 min AZN) qazandığı ilə bağlı üç dəfə eyni yuxunu görüb.
“Artıq ilk yuxudan sonra “Wild Time” oynamağa başladım. Yuxularımın real olacağına ümidvar idim”, - deyə Fravala etiraf edib.
Nəticədə o, doğrudan da, 500 min dollar dəyərində “Cek-Pot”un qalibi olub.
“Mən inana bilmirdim, hətta gözlərim yaşardı”, - deyə o, baş verənləri xatırlayır.
Qalib şəxs hazırda pul mükafatının bir hissəsinə maşın almaq, qalanını isə bir işə sərmayə kimi yatırmaq fikrindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət