Slimfit
  1. MARAQLI

Yuxuda xorultu qorxulu xəstəliyin əlaməti ola bilər

Yuxuda xorultu qorxulu xəstəliyin əlaməti ola bilər
Sakura

Yuxuda xorultu qorxulu xəstəliyin əlaməti ola bilər

Obstruktiv apnoe sindromu, ya da yuxuda tənəffüsün sistematik pozulması rahat təsbit edilə bilən xəstəlikdir.

“Sputnik” xəbər verir ki, adi xorultudan fərqli olaraq bu sindrom zamanı insanın yuxuda nəfəsi dayanır.

Bu tənəffüs “fasilələri” 10 saniyəyədək davam edə bilir və orqanizmə ciddi ziyan vurur.

Həkimlər qeyd edirlər ki, insan yuxuda nəfəs almadıqda bədən daha az oksigen qəbul edir.

Əgər bu hadisə sistematik davam edirsə, gələcəkdə ürək-damar sistemində ciddi fəsadlara yol aça bilər.

“Xorultunun özü qorxulu deyil, lakin əgər bu zaman nəfəs dayanırsa, gələcəkdə daha ciddi xəstəliklərə yol aça bilər. Bu həm böyüklərə, həm də uşaqlara aiddir”, - deyə mütəxəssislər bildirir.

Nəfəsin dayanması böyük insanın yuxusunu və iş gününü bərbad edə bilər, çünki yuxuda boğulduqda insan gecə ayılmalı olur. Nəticədə onun yuxusu pozulur və səhər gümrah ola bilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR