Dərc edildi: Baxış sayı: 585
'Yuventus' qapıçısı ilə müqavilənin vaxtını uzatdı - Rəsmi
"Yuventus" klubu qapıçısı Voytsex Şesni ilə yeni müqavilə bağlayıb.
"Report"un Turin təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, polşalı qolkiperin sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılıb.
Qeyd edək ki, 2017-ci ilin yayından "Yuventus"da çıxış edən 29 yaşlı qapıçı bu komandada 84 rəsmi oyun keçirib.
Şesni "qoca sinyora" ilə 2 dəfə İtaliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb. O, cari mövsüm A Seriyasında meydana çıxdığı 16 görüşdə qapısından 15 top buraxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət