Yunus Əmrə - Əya, könül, açğıl göziin, fikrin yavlaq uzatmağıl
Əya, könül, açğıl göziin, fikrin yavlaq uzatmağıl,
Baqğıl kəndü dirligünə, kimsə eybin gözətməgil.
Şöylə dirilgil xəlq ilə ölicəgiz söyləşələr,
Baqi dİrlik budur, canum, yavuz ad İlə getməgil.
Dilər isən bu dünyayı axirətə dəgşürəsin,
Dünü gün qılğıl taeti, ayağ uzadub yatmağıl.
Gördün ki bir dərviş gəlür, yüz ur anun qədəminə,
Səndən “şeyMillah” edicək qaşun, qarağun çatmağıl.
Söylədİgün kələciyi eşitdigün kİbi söylə,
Kəndözindən zirəklənüb bir qaç söz dəxi qatmağıl.
Dünya çərbü şirindürür, adəm gərəkdür yeyəsi,
Kəm nəsneyə təme’ edüb kəsüb kəmirüb yutmağıl.
Nəfsə uyub beş barmağun bir gəzdən iltme ağzuna,
Kəs birisin ver miskinə, gərək ola, unutmağıl.
Yunus, kim öldürür səni, verən alur yenə canı,
Yarın görəsin sen am, ər nəzərindən getmegil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət