Yunus Əmrə - Bir nəzərdə qalmayalum, gəl dosta gedəlüm, könül
Bir nəzərdə qalmayalum, gəl dosta gedəlüm, könül,
Həsrət ile ölməyəlüm, gəl dosta gedəlüm, könül.
Gel gedəlüm can turmadın, surət tərkini urmadın,
Araya düşmən girmədin gəl dosta gedəlüm, könül.
Gəl gedəlüm, qalma ıraq, dost içün qılalum yaraq,
Şeyxün qatmdadur duraq, gəl dosta gedəlüm, könül.
Tərk edəlüm elü şəri, dost içün qılalım zari,
Ələ gətürəlüm yan, gəl dosta gedəlüm, könül.
Bu dünyayə qalmayalum, fanidür aldanmayalum,
Bir ikən aynlmayalum, gəl dosta gedəlüm, könül.
Biz bu cəhandan köçelüm, ol dost elinə uçalum,
Arzu havadan keçelüm, gel dosta gedəlüm, könül.
Qılavuz olğıl sən bana, güniləlüm dostdan yana,
Baqmayalum öndən sona, gəl dosta gedəlüm, könül.
Bu dünya olmaz paydar, aç gözüni, canun uyar,
Olğıl bana yoldaşü yar, gel dosta gedəlüm, könül.
Ölüm xəbəri gəlmədin, əcəl yaqamız almadm,
Əzrayil həmlə qılmadın gel dosta gedəlüm, könül.
Gerçək ərənə varalum, Həqqin xəbərin soralum,
Yunus Əmreyi alalum, gel dosta gedəlüm, könül
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət