Slimfit
  1. BİOQRAFİYA

Yunus Əmrə

Yunus Əmrə
Sakura

Yunus Əmrə - Anadoluda türkcə şeirin banilərindən biri, sufi, İslam filosofu, təsəvvüf və xalq şairi

Yunus Əmrə (d.1238 Sarayköy, Milhalıççıq, Əskişəhər - ö.1321 Sarayköy, Milhalıççıq, Əskişəhər) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.

Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.

Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.

Yunus Əmrə, "Risalətun-Nushiyyə" adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi. "

Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:

"Vəfatı Yunus Əmrə Müddəti-Ömür 82 İl 720"

Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.

Yunus Əmrənin məzarı olduğu iddia edilən bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu, Tuzcu və ya Düzcü) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.

Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq "Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır." deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir. 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı. Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.

Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.

İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir. Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur. Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.

Əsərləri

Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.

Divan

Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır. Şeirlər əruz və heca vəznlərində yazılmışdır.

Risalətun-Nushiyyə

Adının mənası "Nəsihətlər kitabı"dır. Didaktik əsərdir. Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:

"Sözə tarix yeddi yüz yeddi idi,
Yunus canı bu yolda fidiidi.
"

Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M. 1307/8) yazmış olduğu iddia olunur. Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.

Əmrə sözünün mənası

Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə "Aşiq" mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri "aşiq olmaq" deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda "imrəmək" və "imrənmək" feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.

Əsərlər

  • "Od (Bir Yunus romanı)", İskəndər Pala
  • "Yunus Emre", Cahit Öztelli
  • "Aşka Ağlayan Derviş", Mahmut Ulu, bioqrafik roman
  • "Yunus Emre Divan ve Risaletü'n-Nushiyye", Mustafa Tatcı
  • Sarıköylü Yunus Emre, Eskişehir Valiliği, Bahattin Atak
  • "Yunus Emre Divanı", Faruk K. Timurtaş
  • Bizim Yunus, Mustafa Özçelik [15], [16]
  • Yunus Emre Divanı, Burhan Toprak
  • "Yunus Emre Seçme Şiirler", Fide Yayınları
  • "Yunus Emre Külliyatı", 2008
  • "Antologıa Shel Shırım Sufıım Me et Yunus Emre", Denis Ojalvo, Avram Mizrahi ve Selim Amado  (ivr.)
  • "Aşkın Kandili", Galip Argun
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə: Həyatı, sənəti və şerləri. 1952.
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə və təsəvvüf. 1961.
  • Nəzihə Araz. Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi. 1961.
  • Köyxan Övliya oğlu. Anadolunun iç aydınlığı - Yunus Əmrə. 1963.

Filmoqrafiya

  • Yunus Əmrə(1-ci seriya, 2-ci seriya)
  • Yunus Əmrə: Eşqin Səsi(İzlə)
  • Yunus Əmrə, (müəllif: İsmayıl Çorux) (1-ci hissə2-ci hissə)
  • Yunus Əmrə, (müəllif: Səmra Sandər) (izlə)
  • Yunus Əmrə teleserialıYouTubedan izlə; Saytından izlə

Diskoqrafiya

  • Yunus Əmrə musiqi albomu, Ruhi Su

 

Şeirləri

Salam olsun!
Çağırayım mevlam səni
Bir kəz könül yıxdın isə
Gəl gör məni eşq neylədi
Mənə səni gərək səni
Kamil mürşidə varmasan olmaz

 

Divan (Fateh nüsxəsi)

Sənsüz yola girür isəm çarəm yoğ adım atmağa
Eşqdən dəvi qılan kişi hiç anmaya hirsü həva
Bir gün yüzün görən kişi ömrince hiç unutmaya
İki cəhan zindan isə gərək bana bustan ola
Eşq ətəgin tutmaq gərək, aqibət zəval olmaya
Ey aşiqlər, ey aşiqlər, məzhebü din eşqdür bana
Anmamısın (sen) şol güni cümlə aləm heyran ola
Gedər idüm ben yol sıra, yavlaq uzamış bir ağac
Sən bu cəhan miilkini Qafdan Qafa dutdun tut
Netəligüm soran, eşit hekayət
Eşq imamdur bizə, könül cəmaət
Dinü millət sorar ısen, aşiqlərə din nə hacət
Dün gedər gündüz galür, gör necəsi uz gelür
Ey bəni eyibleyen, gəl bəni eşqdən qurtar
Eşq ilə bİliş canlara əzəl-əbəd olmayısar
Eşq məqamı alidür, eşq qədim, əzəlidür
Bir kişiyə söylə sözi kim, me’nidən xəbəri var
Ey eşq əri, aç gözüni, yer yüz inə eylə nəzər
Söyləməmək xorcisi söyləməgün xasıdur
Bu yoqlıq yolma bu gün bize yoldaş olan kimdür
Bənəm sahibqiran, dövran bənümdür
Səhha ol aşiq canına, kim dost ilə vüsalı var
Eşidün, ey ulu kişi, sizə bənüm xəberum var
Ey sözlərün əslin bitən, gəl de bu söz qandan gəlür
Can bir ulu kimsədür, bədən anun alətidür
Canını eşq yolına vermeyen aşiqmidür
Səni Həqdən yığam hər nəyisə ver gedər
Ey bana eyü deyən, bənəm qamudan kəmtər
İstəyəlüm iş issini, bulub görəlüm qandadur
Qoğıl ölüm əndişesin, aşiqlər ölməz baqıdür
Vüsləti olan kişiyə bu dərd ilə fəraq nədür
Həqiqətim me’nİsİn şərh ilə bilmədilər
Qoyub nəqşü nigarı nəqşə yol vermə zinhar
Eşqsüz adəm dünyəde bəllü bilün ki, yoqdur
Gelün soralum canlara, surətindən noldı gedər
Dərvişlik dedükleri bir ecayib duraqdur
Sən xud bizə bizdən yaqın görünmezsin, hicab nedür
N’oturursın taş qapuda, gör içərü nələr gəzər
Eşit sözümi, ey ğafıl, tanla səhər veqtində tur
İşbu vücudum şəhrinə bir dəm girəsüm gəlür
Yandı yürəgim, dutuşdı bağrum, cigerüm kəbabdurur
Padişahlıq sənündür, heybətün var
Bənüm könlüm, gözüm eşqdən toludur
Ey dost, səni sevərəm, camımda yerün vardur
Sənsin bənüm canum cam, sənsüz qərarum yoqdurur
Muştulanuz aşiqlərə bu eşq ulu dövlət olur
Bu sima’yə girməyən sonra peşiman olur
Aydı verəm nə qılduğm bəniim ilə ol dilpəzir
Əgər gerçək aşiq isən, boynundağı mənşur nedür
Ariflər ortasında sufilik satmayalar
Eşidün, hey ulular, axır zəman olısar
Eşq ərinün könli tolı, padişahdan nəvaledür
Ey dünü gün Heqq istəyən, bilməzmisin Həqq qandadur
Ey dost, bunca qiylü qal nə, məqsud xud bir xəberdürür
Bizə didar gərək, dünya gərəkməz
Kəleci bilən kişinün yüzini ağ edə bir söz
Hiç bir kişi bilməz bizi, biz no işün içiııdəyüz
Həqq cahana tolıdur, kimsələr Həqqi bilməz
Nedəm bən könül bilö, bənümle bilə bir dəm turmaz
Ey bana eyü deyən, bənəm qamudan yavuz
Neçələr bu dünyədə günahını yuyamaz
Eşq ərinə dünyedə nə hərirü nə pal as
Dostdan xəbər gəldi genə, qullar yaraq etsün demiş
Bilənlərə sormaq gərək bu təndəki can nəyimiş
Canum ərənlər yolı incədən incəyimiş
Ol bən sevdügüm nigar nedəm ol bəndon fariğ
Şükür Həqqə kim, dost bizə ayıtdı dost yüzinə baq
Ey çoq kitablar oqıyan, sən mi tutarsın bana doq
Biz kimə aşiqsəvüz aləmlər ana aşiq
Kərəm et bir bəm baq, niqab yüzündən bıraq
Dost yüzine baqmağa key səfa nəzər gərək
Gər uluya irdün isə surət nəqşi ne’ndür senün
Nedərüz bu həyat suyın, canı yeğmayə verdük
Müsülmanam deyən kişi şərti nedür bilsə gərək
Nə söz, keləci der isəm, dilüm səni söyləyıcək
Dünyeyə gələn kişilər, yola bilə gəlmək gərək
Əvvəl bizə vacib budur eyü xülqü əməl gərək
Mo’ni əri bu yolda məlul olası dəgül
Qul padişahsuz olmaz, padişah qulsuz dəgül
Yavlaq əcaib gəldi bana dünya içində işbu hal
Ata belindən bir zəman anasına düşdi könül
Gərəkməz dünyeyi bizə, çünki baqi bünyad dogül
Eşqsüzləre vermə ögüt, ögüdündən alur dəgül
Dərvişlik məqamı hal içində hal
Qoğıl dünya bəzəgini, bu dünya yeldür ya xəyal
Əqlün irərsə sor bana, bən əvvəldə qanda idüm
Bən bu elə gərib gəldüm, bən bu eldən bezaram
Bu cəhana bən gəlmədin sultani-cəhanda idüm
Uş genə gəldüm bən bunda sirr sözin əyan eyləyəm
Netə kim bən bəni bildüm, yəqin bil kim, Heqqi buldum
Xəbər eylən aşiqlərə, eşqə könül verən bənəm
Ne der isəm hökmüm yürür, əlümdə fərman dutaram
Bin yıl əgər vəsfin deyəm, bir zərrəsin dükətməyem
Canum, ben andan bunda əzəli aşiq gəldüm
Sənsin kərim, sənsin rəhim, Allah, sana sundum əlüm
Bənüm bunda qərarum yoq, bən bunda getməgə gəldüm
Gögdə Peyğəmbər ile me’racı qılan bənem
Dost elindən ölür isəm, hiç gümansuz geri gələm
Heqq Çələbüm, Həqq Çələbüm, sənciləyin yoq Çeləbüm
Benüm camım oyanuqdur, dost yüzinə baqan bənəm
Aldı bənüm könlümi, nolduğım biliməzəm
Əvvəl bənəm, axır bənəm, canlara can olan bənəm
Əcəb dəgül senün içün bin can fəda qılur isəm
Ey yarənler, ey qardaşlar, sorun bana qanda idüm
Təhi görmən siz bəni, dost yüzin görüb gəldüm
Ərənlərün himmətini bən bana yoldaş eyləyəm
Əvvəl qədim, ögdən sona zevali yoq sultan bənəm
Andan bərü gönüldüm, dost ilə bilə gəldüm
Hiç bilməzəm gəzək kimün, aramuzda gəzər ölüm
Bu fəna mülkində bən neçə bir heyran olam
Kə’bə vü büt iman bənəm, çərx uruban dönən bənəm
Bən səni sevdügimi söyleşür(ler) xasü am
Bəni anmaqlığa bəndən fariğvəm
Bən ol yari sevdügümi necə bir gizləyü biləm
Netə ki ol mə’şuq ile bən razumı bir eyləyəm
Təfərrüc eyləyü vardım, sabahın sinləri gördüm
Həqdən bana nəzər oldı, Həqq qapusın açar oldum
Gözüm səni görməg içim, əlüm sana irməg içün
Çoq-çoq şükr sən Çələbə, məqsudümə irdüm bu gün
Ey yarənlər, ey qardaşlar, əcəl irə öləm bir gün
Surətdən gəl sifata anda mə’ni bulasın
Çərxi-fələk yoğ idi canlarumuz var ikən
Zinhar! Vermegil könül dünya payına bir gün
Laşerikə oqursın, sonra şərik qatarsın
Andan yegrək ne vardur - kişi bilə kəndözin
Ol dost bizə gəlməzisə ben dosta gerii varayın
Həqq bir göher yaratdı kəndünün qüdrətindən
Şöyle heyran eylə bəni, eşqün odına yanayın
Ey dost, seni sevəldən eqlüm getdi, qaldum bən
Əgriligün qoyasın, toğrı yola gələsin
Canlar canım buldum, bu camım yəğma olsun
Əgər eşqi sevərsən, can olasın
Eşq elinün xeberin desəm eşidemisin
Elmündə ğerq olalı uş bən bəni bilməzin
Aşiqlərə nə deyəm eşq xəbərindən şirin
Bunca könül ilədub cəhana sultanmısın
Sen canundan keçmədin canan arzu qılursın
Dost yüzini göricəg(iz) necə qərar qılsun bn can
Bir dürri-yetiməm ki, görmədi bəni ümman
Ol can qaçan öliser sən ana can olasın
Həqdən gələn şərbəti içdük əlhəmdülillah
Zinhar! Könül evində dutma yavuz əndışə
Xoşdur əgər yürür isəm eşq odma yane-yanə
Aşiq oldum ərənə irməg ilə
Könül netə dolana me’şuqin bulmayınca
Vəsfi-halin aydısaram vüslət halin bilənlərə
Miskinlikdə buldılar kimdə ərlik var isə
İstədügimi buldum aşkərə can içində
Can olğıl can içində, qalma güman içində
Dərviş olan kişilər əcəb necə dirilə 
Ey qopuz ilə çeştə, əslün nədür, nə işdə
On sekiz bin aləm xəlqi cümləsi bir içində
İsrafil sun unla, yerün yüzi dəgşirilə
Kimsə döyməz bu nəzərə, eşq ilə kim pənçə ura
Biməkanum bu cəhanda, mənzilüm, turağum anda
Uş genə nəzər oldı bu bizüm canumuza
Yenə bu badi-növbahar xoş növ ilə əsdi yenə
Bir imarət göster bana kim, som viran olmaya
Sana derəm, ey vəli, tur ertə namazına
Ol dost içün ağlar isəm gözüm yaşını kim silə
Anmamısın şol güni (sen), gözün nəsnə görməz ola
Zehi şirin xulu dilbər durağı rəvan içində
Mə’ni bəratın alduq uş genə əlümüzə
Görənün halı dönər nişansuz binişanə
Kimün nə zəhrəsi vardur sana qılınc yürütməge
Kimə kim dost gərək isə aydayın nə qılasını
Bana namaz qılmaz demə, bən bilürəm namazumı
Çələb veribiyə sana bir gün əcəl sərhəngini
Bir sualum (var) sana, ey dərvişlər əcəsi
Həqq nuru aşiqlərə hər dəm nüzul dəgülmi
Eşq bəzirganı sərmayə canı
Qaçan (kim) ol dilbər bənüm göz(lər)ümə tudaş oldı
Yer gög yaradılmadın Heqq bir göher eylədi
Çələb Adəm cismini topraqdan var eylədi
Bənciləyin görən kişi ben sevdügimün yüzini
Biz bizi bilməz idük, bizi yaradan eylədi
Dostdan xəbər sorar isən, gəzaf dəgüldür dost işi
Ol Çələbün eşqi bənüm bağrumı baş eylədi
Kəmdürür yoqsullıqdan neçələrün varlığı
Ol dost bəndən yana hiç bilməzin necə baqdı
Toldur bizə (sıın) qədəhi eşq şərabından, ey saqi
Sana ibrət gərək isə gəl görəsin bu sinləri
Ol keçüdün qorqusı uş bəni yoldan qodı
Banladı ol müezzin, turdı qaimət eyledi
Bən bəndə seyr edər ikən əcəb sirrə irdüm, əxi
Əzəlidən vandı canumda bu eşq odı
Eşidün, ey yaranlar, eve dərvişlər gəldi
Dinün, imanun vansa xor görməgil dərvişləri
Mənzili ıraq bu yolun, bu yola kim varası
Neçə bir bəsləyəsin bu qədd ilə qaməti
Eşqün odl düşdı cana, əritdi yürek yağını
Ərənlər bir dənızdür, aşiq gərək talası
Eşqün aldı bəndən bəni, bana səni gerek, səni
Dilsüzlər xəbərini qulaqsuz dinləyəsi
Nəsihət qəndilindən bir işarət göründi
Padişəhlər padişahı ol ğəni
Bu nə güləcək yerdür, ağlasana (key) qatı
Ömrüm, bəni sən aldadım, ah, nedəyin, ömrüm, seni
Kimə könül verür isəm bəmim ilə yar olmadı
Müsülmanlar, zemane yatlu oldı
Gəldi keçdi ömrüm benüm şol yel əsüb keçmiş kibi

 

Minacat

Ya ilahi, gər sual etsən bana

 

Fateh nüsxəsində olmayan şeirlər

Əcəb-əcəb nə nəsnədür bu dərd ilə fəraq bana
Ol kişinün yoqdur yeri, işbu cəhan heyran ana
Bənəm ol eşq bəhrisi, dənizlər heyran bana
Nə bilsün bu eşqi usanlar uyalar
Bu dünyayə könül verən son ucı peşman olısar
Tənqri içün canum canı cəfayisə tapdur yetər
Həqq bir könül verdi bana, hə demədin heyran olur
Bir dəm yüzüm sürə duram, hər dəm ayum yeni toğar
Yar yuragüm, yar gör ki, nələr var
Dost, sənün eşqün oqı key qatı taşdan keçər
Eşq ilə gələn ərənlər içər ağuyı nuş edər
Dürlü-dürlü cəfamın adım eşq vermişlər
Bu dünyanun məsəli bir ulu şərə bənzər
Eşidün, ey yarənlər, eşq bir günəşə bənzər
Bilürmisiz, ey yarənlər, gerçək ərənlər qandadur
Övliyaya, münkirler Həqq yolına asidür
Miskin adəm oğlanı nəfsə zəbun olmışdur
Ey dost, sonun eşqün odı cigərüm parə baş qılur
Yer yüzində gəzər idüm, uğradum mülkətlər yatur
Sabahın sinliyə vardum, gördüm cümlə ölmiş yatur
Elm elm bilməgdür, elm kəndin büməgdür
Netə id bu könlüm evi eşq əlündən taşa gəlür
Ey padişah, ey padişah, hər dəm işin düzedürür
Sənünle birligüm səndən ınlmaz
Yarəb, bu nə dərtdür dərman bulınmaz
Əgər dilüm bəndə isə kimsə bana nəsne deməz
Bən dərvişəm deyən kişi, işbu yola ar gərəkməz
Bu bir əcaib haldur, bu hala kimsə irməz
Sufiyəm xəlq içində, təsbih əlümdən getməz
Yenə gəldi eşq elçisi, yenə doldı meydanumuz
Ğeyrİdür hər millətdən bu bizüm millətümüz
Eşidün, ey yarənler, qiymetlü nesnedür eşq
Mə’ni evinə talduq, vücud seyrini qılduq
Kim dərvişlik istər isə deyəm ana netmək gərək
Nedelüm bu dünyayı, neyleyüb netmək gərək
Bu dünyeyə gələn kişi axır yenə getsə gərək
Əya, könül, açğıl göziin, fikrin yavlaq uzatmağıl
Bir nəzərdə qalmayalum, gəl dosta gedəlüm, könül
Dərvişlik dedükləri xirqə ilə tac dəgül
Canlar fəda yoluna, bu can qayusı dəgül
Müşkili həll eyləmək dəgmənün işi dəgül
Sənün bən deməkligün mə'ni də üsul dəgül
Təhi görmə kimsəni, hiç kimsənə boş dəgül
Bir gəz könül yıqdun isə bu qılduğun namaz dəgül
Qam bana səbrü qərar, sənün sözüni dinləyəm
Dostdan xəbər geldi bana, turayım andan varayım
Gər razunu söylər isəm, kimsə dİlürn bilməz bənüm
Bən bəndə buldum çün Heqi, şəkkü güman nə’mdür bənüm
Cümlə aləm tərkin urub, bən dost tərkin urımazam
Ol qadiri-“kün-feyəkun” lütfedici rəhman bənəm
Ey dost, eşqün dənizinə girəm, ğərq olam yüriyəm
Səndən gəlür cövrü cəfa, bən ahü vah etməyəyim
Ey yarenlər, aydun bana, bən necəsi dolanayım
İlk adum Yunus idi, adumı aşiq taqdum
Girdüm eşqün dənizinə, bəhriləyin yüzər oldum
Bu cəhana gəlmədin mə’şuq ilə bir idüm
Bəni bunda veribiyən bilür bən nə işə gəldüm
Dost baqalı yiizimə bən şəhı görüb gəldüm
Ey bana dərviş deyən, nə’m ola dərviş bənüm
Dənizlər olsa bir qədəh, susalığum qanmaz bənüm
Bən bir əcəb elə gəldüm, kimsə halum bilməz bənüm
Hər qancaru dönər İsəm, eşq ilədür işüm bənüm
Gedərəm əqlüm başumdan şaşuban
Bu ömrüm yoq yerə xərc etmişəm bən
Əcəb oldı halum bu eşq əlindən
Könül, usanmadım sən bu səfərdən
Əgər eşqi sevərsən can olasın
Dinü millət qodurdı ol bənüm camım alan
Ərənlərə mühibb ikən yə münkir olduğun nədən
Ol vəqtin bir olasın, aynılıqdan qalasın
Taşdun yenə, dəli könül, sular kibi çağlarmısın
Əcəb şu yerdə varmola şöylə ğərib bənciləyin
Ey könlümün eglencesi, ayıt bana neyləyəyin
İlahi, bir eşq ver bana, qandalığum bilməyəyin
Bu dərvişlik yolma eşq ilə gələn gəlsün
Ey yarənler, ey qardaşlar, qorqaram bən öləm deyü
Hər kimə kim dərvişlik bağışlana
Əqlüm başuma gəlmədi eşq şərabın tatmayınca
Bir şaha qul olmaq gərək hərgiz mə’zul olmaz ola
Bir söz deyəyin sana, dinlə canun var isə
Aləm düşmən olur isə bəni dostdan ırımaya
Əşkərə qıldum bu gün pünhanumı
Ey yarenlər, aydamazam canum nəyə talduğmı
Ərənlərim könlində ol sultan dükkan açdı
İstər idüm Allahı, buldum isə ne oldı
Andan berü kim eşqün bənümlə yoldaş oldı
Yenə yüzini gördüm, yenə yürəgüm yandı
Eşq ilə istər idük, yenə bulduq ol canı
Helal qıldı mə’şuqa aşiq kəndü qanını
Baqduğum yüzdə gördüm Tapduğumun nunnı
Ey yarənlər, kim eşitdi aşiq tövbə etdügini
Ey yarənlər, ey qardaşlar, görün bəni netdüm əxi
Sevərəm bən seni candan içerü
Yort, ey könül, sen bir zaman asudə, fariğ, xoş yün
Ben yürürəm yana-yana, eşq boyadı bəni qana
Bu eşq dənizinə talan hacət dəgül ana gəmi
Yoq yerə keçirdüm güni, ah, nedəyim Ömrüm, səni
Bir saqidən içdük şərab, ərşdən yücə meyxanəsi
Çıqdum ərik dalına, anda yedüm üzümi
Düşdi önümə hübbül-vəten, gedəm hey dost deyü deyü
Hər kim bana əğyar isə Həqq Tanrı yar olsun ana
Ey padişahı-lemyəzəl, qıldum yönüm sendən yana
Allah deyəlüm daim, Allah görəlüm neylər
Neçə yıllar ömür sürdüm, anca ağlayuban güldüm
Eylə sanman siz bəni kəndözümden gəlmişəm
Ey yarənlər, dinmən bana, bən yenə noldum bilməzəm
Dinü millətdən keçər eşq əsərini tuyan
Dərvişlərim yolma sidq ilə gələn gelsün
Çeləb nurdan yaratmış canını Mühəmmədim
Eşqün könlüm yəğmaladı, nolsam gərək şİmdən gerü
Ey eşq dəlüsi olan, nə qaldun pərakendə
Aşiqləri tamuya yandurmaya
İçümdə bir dərd oldı, deyəyin dərvişlərə
Aşiqi-zİndə qulun hökmi keçər canlara
Kimsəyi düşman tutmazuz, əğyar dəxi yardıır bizə
Bir əcaib eşq gəldi bəndə bu hal üstinə
Getdi bu qış zülməti, gəldi bahar yaz ilə
Sən’ətün yegrəgi çün namaz imiş xoş peşə
Bir ay gördüm bu gecə qanıu bürclərdən yücə
Dirlik necə idügin aydayın qıldan qıla
Dostun yüzini göricək artar gözlerümün nun
Nə kim səmin cövrün ile keçürmişəm bən günümi
Gerçək aşiq oldun isə gəl eşq kitabından oqı
İşbu vücud bir qəl’ədür, eql içində sultanı
Zehi dərya ki qətrədən görindi

 

Yunu Əmrənin adı ilə bağlanan şeirlərdən seçmələr

Heqq müyəssər etsə varsam, gözəl Kə’bətullah, sana
Əcəb bu benüm canum azad olamı, ya Rəbb
Canum qurban olsun sənün yoluna
Sordum san çiçəgə, bənzün nədən sandıır
Yalancı dünyayə qonub köçənlər
Dərdlü, ne ağlayub gəzərsin burda
Dolab, neçün inilərsin? - Derdüm vardur, inilerəm
Ey yarentər, ey qardaşlar, nec’ edəyin, nedəyin bən
Vəqtünüzə hazır olun, əcəl varur gəlür bir gün
Allah evi ziyarətdiir, bən anda varmaq istərin
Yoqdur bəndə əməl taət, bən nedəyin, neyləyəyin
inilenim dünü gün, dərtlü olanlar iniler
Xocam, aşiq olanlarun işi ah ilə zar olur
Ol aləm fəxri Mühəmməd nəbilər sərvəridür
Yenə seyr eylədi könlüm, dostun cəmalın arzular
Nola gəlsən şimdən gerü fəsadı tərk etsən, könül
Anub qiyamət günini ağlaşalum ol gün içün
Ey benüm qutsuz nəfsüm, qanda varasm bir gün
Biz dünyadan gedər olduq, qalanlara səlam olsun
Sən bu yalançı dünyada şöylə qalammı sanursın
İçün-taşun murdar ikən eşq neyləsün sənün ilə
Yenə yaz günləri gəldi, söylə, bülbülcügüm, söylə
Durdum vardum sinlərə, dua qıldum bunlara
Dostdan xəbər kim gətürdi, sorun səhər yellərinə
Sən bu cəhan mülkinə gəldüm gelmedüm demə
Adum-adum iləri, beş aləmdən içəri
Şol cənnətün irmaqları aqar Allah deyü-deyü
Arayı-arayı bulsam izüni
Sən bunda ğəribmi gəldin, neçin ağlarsın, bülbül, hey
Dağlar ilə taşlar ile çağırayın, Mövlam, səni
Şükür, minnət ol Allaha, könlümüzi şad eylədi
Mühəmmədə bir gecə Çələbdən endi Buraq — Merac
Ya Rəbbi Settarül-üyub, səndən dilərəm ümmətüm — Mihıacati-Mühəmməd
Lütf edübəıı aydur Xuda, ümmətünə çekmə cəfa — CavabiXuda

 

Dastan

Risalətun-nushiyyə — Nəsihətnamə

­

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR