
Mirzoyan: "Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir"
ABŞ Prezidenti Donald Trampın Administrasiyası rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına maraq göstərir.
Oxu.Az-ın erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistanın ABŞ-nin yeni administrasiyası ilə əlaqələri var.
"Bizim əlaqələrimiz var. ABŞ-nin yeni administrasiyası sülh müqaviləsinin mətni ilə bağlı razılığımız barədə bəyanatlarımızı alqışladı. Həmçinin deyə bilərəm ki, yeni administrasiya tərəfindən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq müşahidə olunur. Biz bu impulsları görürük", - deyə Ermənistanın xarici işlər naziri əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət