Dərc edildi: Baxış sayı: 522
Yunanıstanda din xadimlərinə büdcədən verilən maaş dayandırılacaq.
"Kommersant.az" xəbər verir ki, hökumətlə Yunanıstan Pravoslav Kilsəsi arasında əldə edilmiş razılığa əsasən, 10 minə yaxın din xadiminin büdcədən maliyyələşməsinə son qoyulacaq. Yunanıstan hökuməti bu məqsədlə yaxın vatlarda xüsusi kilsə fondu yaradacaq.
Qeyd edək ki, Yunanıstan hökuməti din xadimlərinə hər il təqribən 200 milyon avro xərcləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət