Dərc edildi: Baxış sayı: 478
Yunan müşavir Türkiyə açıqlamasına görə istefa verdi
Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Aleksandros Diakopoulos Türkiyə ilə bağlı açıqlamasından sonra istefaya gedib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, müşavir açıqlamasının yanlış anlaşıldığını və hökumət üçün problem yaratdığını bildirib.
“Belə bir niyyətim əsla yox idi. İllərdir ölkəmə xidmət etdim və hər zaman məsuliyyətli olmağı öyrəndim. Bu səbəbdən Baş nazirin milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa verirəm”, - deyə Diakopoulos bildirib.
Qeyd edək ki, A.Diakopoulos Türkiyənin “Oruc Rəis” gəmisinin Yunanıstanın ərazi sularında araşdırma apardığını və bölgəni işarələdiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət