Slimfit
  1. CƏMİYYƏT

ADY COP29-da gücləndirilmiş rejimdə çalışacaq

ADY COP29-da gücləndirilmiş rejimdə çalışacaq
Sakura

ADY COP29-da gücləndirilmiş rejimdə çalışacaq

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC COP29 tədbir günlərində şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edib.

Ens.Az-ın məlumatına əsasən, qatarlar 11 noyabr tarixindən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı-Ağstafa-Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.

 

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR