Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yumurtanın faydaları və zərəri

Yumurtanın faydaları və zərəri
Sakura

Yumurtanın faydaları və zərəri

Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Son dərəcə bəsləyici və sağlam bir qidadır.

Yumurtanın zülal dəyəri
Digər qidalarla müqayisədə ən keyfiyyətli zülal yumurtada var. Mütəxəssislər xüsusilə böyüməyə olan müsbət qatqısı səbəbi ilə heyvani zülalın xüsusilə uşaqlar tərəfindən qəbul edilməsini təklif edir. Bu səbəbdən də uşaqlar üçün yumurta çox əhəmiyyətlidir.

Yumurtanın vitamin dəyərləri
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yumurta A, D, E və B qrupu vitaminlər başda olmaqla digər vitaminlərlə də zəngin tərkibə malikdir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümük inkişafında iştirak edir, gözə faydası çoxdur daha yaxşı görməyi təmin edir və sağlam dişlər də üçün də çox faydalıdır. Ayrıca tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalardan qorunmasını təmin edir.
D vitamini isə insan bədənində kalsiumun istifadə edilməsini təmin edir.
E vitamini bədəni xarici və zərərli maddələrə qarşı sanki bir qalxan kimi qoruyur.
B qrupu vitaminləri bəzi qida maddələrinin bədəndə enerjiyə çevrilməsinə köməkçi olur. Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

Yumurtanın Mineral Dəyərləri

Yumurta dəmir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir

Yumurtanın yağ tərkibi
Yumurtanın yağlılıq tərkibi olduqca zəifdir. Böyük bir yumurtada 4.5 qram yağ mövcuddur.

 

Yumurta xolesterolu artırırmı?
Yumurtanın ağından yağ və xolesterol yoxdur. Sarısında isə 213 mg xolesterol var. Yumurtanı daha çox qaynadılmış halda yemək məsləhət görülür.Yağda hazırlanan yumurtanın B vitamini dəyəri ölə bileceyi üçün qaynadılması faydalıdır.

Yumurtanın Zərərləri

Bu cür faydası olan yumurtanı əgər səhv şəkildə istifadə etsəniz zərərləri ilə qarşı-qarşıya qala bilərsiniz. Ancaq bəzi kiçik tədbirlərlə bunun önünə keçə mümkündür. Yumurta əsla otaq istiliyində saxlanmamalıdır. Soyuq yerlərdə hətta soyuducuda saxlanılması vacibdir. Çiy halda istifadə etməmək məsləhətlidir. Yumurtanın bişirilmə müddəti yaxşı müəyyən edilməlidir. Yumurta əgər çox qaynadılarsa ya da boyatsa içindəki dəmir yumurtanın xaricinə axar və yumurtanın bir çox vitamin dəyəri də ölər. Bunu gözlə görmək də mümkündür. Çox qaynadılan bir yumurtanın ağında dəyişik rənglər görürsünüz, həmin o yumurtanın çox qaynadıldıqda axıb gedən dəmir və minerallarıdır. Çox bişirilən bir yumurtanın həzmi son dərəcə çətindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR