Dərc edildi: Baxış sayı: 592
Yüksək təzyiq Rusiyada epidemiya xarakteri alıb – Bizdə də vəziyyət yaxşı deyil
Payızın gəlməsi ilə fəsil dəyişikliyi müddətində ürək-qan damar problemləri səbəbindən qəfil ölümlər mövsümü də başlayır.
Medicina.az xəbər verir ki, Rusiyada hipertoniya xəstəliyinin əhatəsi kritik həddə çatıb. Araşdırmalar göstərib ki, əhalinin 48%-i yüksək təzyiqinin olduğundan xəbərdardır, onların yalnız 33%-i müalicə olunur, bu müalicənin effektivliyindən isə cəmi 11% razıdır.
İnfarkt və insultlar – hipetoniyanın nəticəsidir. Payızda hipertoniyanın fəsadlarından necə qorunmaq olar?
Yüksək təzyiqdən təkcə ürək, beyin yox, gözlər və böyrəklər də ziyan çəkir, bu orqanlar sıradan çıxır.
-Payızda stenokardiya, hipertonik krizlər artır. Bu da havada, təbiətdə baş verən dəyişikliklər – atmosfer təzyiqinin düşməsi, gün işığının azalması, soyuq hava, tutqunluq, sutkanın dəyişməsidir. Havanın soyuması ilə açıq havada gəzintilər azalır, şəhər insanı oturaq həyatı seçir, az hərəkət edir.
Cərrah Aleksandr Qusev deyib ki, məhz bu aralıqda həkim müayinəsindən keçib ürək, təzyiq nəzarətdə saxlanmalı, dərman preparatları və dozası təyin olunmalı, yüksək təzyiqi olan adamlar yanında nitroqliserin gəzdirməlidirlər.
Hər gün 30 dəqiqə orta tempdə gəzintilər mütləqdir.
Həkim qeyd edib ki, Rusiyada ötən onilə kimi hipertoniya xəstələrinin statistikasında qadınlar lider idi. İndi kişilər bu rəqəmi ötür. Amma yenə də hipertoniya xəstələrinin 42%-i qadınlardır.
Hər il ölkədə 1,3 milyon insan ürək-damar tutmalarından ölür. Ürəyin işemik xəstəliyi 4 dəfə artıb, beyin insultu isə 7 dəfə.
Hazırda evdə də təziyiqi ölçmək asandır və bunun üçün hər cür tanometrlər var. Həkimlər 140/90 göstəricisini hipertoniya hesab edir. Amma son araşdırmalar artıq 130/90-nı yüksək təzyiqə aid edir.
Həkimlər xəstəlik ağırlaşmadan və digər orqanlara fəsad vermədən diaqnoz qoyub müalicə olunduqda, hipertenziyanın tam nəzarətdə ola bilməsini mümkün sayır. Hətta elementar qidaya bir az dəyişiklik edən kimi xeyli irəliləyiş olur.
Tədqiqatlar göstərir ki, əgər sistolik – yuxarı təzyiqi cəmi 33 mm.rt endirməyə nail olunsa, insult, infarkt riski 10 % azalır.
Amerikada da olduğu kimi Rusiyada da hipertoniyanı aktivləşdirən başlıca səbəb piylənmə, artıq çəki, qidalanmadır. Təkcə çəkidə 5-6 kq azalma təzyiq rəqəmlərində 4-5 rəqəm azalma deməkdir.
Təzyiqi olanlar duz qəbulunu azaltmalıdır. Kaliy, maqniy ilə zəngin ərzaqlar seçməlidir.
-Kaliy mikroelementinə görə əzələlərin yığılıb-açılması nəzarətdə olur, ona görə kaliy ürək-damar sistemi üçün əvəzsizdir – deyə kardioloq bildirib. Odur ki, təzyiqi olanlar çoxlu yaşıl meyvə, tərəvəz və göyərti yesinlər.
Mənbə: Medicina.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət