Yoluxdurduğu adamların qarşısında diz çökdü
Ukraynanın Çernovits əyalətinin Kolenkovtsı kəndinin sakini koronavirusu yaydığı üçün həmkəndlilərindən üzr istəyib.
Bu barədə “Obozrevatel” məlumat yayıb.
Qadın çörəkpulu qazanmaq üçün getdiyi İtaliyadan yenicə qayıtmasına baxmayaraq, özünütəcrid tələblərinə riayət etməyib. Nəticədə, onda infeksiya aşkarlanıb.
Vətənində olduğu müddətdə o, aralarında öz uşaqları, nəvələri və bir neçə tanışı olmaqla, 14 nəfəri yoluxdurub.
Qadın onun bu hərəkətinin intiqamını qohumlarından almamağa çağırıb.
“Onları öldürməyin, istəyirsinizsə, məni öldürün, kəsin, doğrayın!”, - deyə qadın göz yaşları içində deyib.
Son məlumatlara görə, Ukraynada 475 nəfər virusa yoluxub, 10 nəfər ölüb. Bundan başqa, altı nəfər sağalıb. Martın 25-də ölkədə fövqəladə vəziyyət elan olunub.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət