Slimfit
  1. CƏMİYYƏT

“Yoluxanların sayı sürətlə artır” - TƏBİB sədrindən HƏYƏCAN TƏBİLİ

“Yoluxanların sayı sürətlə artır” - TƏBİB sədrindən HƏYƏCAN TƏBİLİ
Sakura

“Yoluxanların sayı sürətlə artır” - TƏBİB sədrindən HƏYƏCAN TƏBİLİ

“Apardığımız müşahidələrə görə, son 10 gündə yeni yoluxanlarla sağalanlar arasındakı fərqin dinamikası arzuolunan səviyyədə deyil”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, vəfat edənlərin və ağır halların sayının artması da müşahidə olunur:

“25-31 may həftəsində 1 273 nəfər koronavirusa yoluxub, 821 nəfər sağalıb, 14 nəfər vəfat edib. Yoluxanların sayı sağalanların sayından çoxdur. 1-7 iyun həftəsində yeni yoluxanların sayı 2 059 nəfər, sağalanların sayı isə 721 nəfər olub. Ölənlərin sayı 25 nəfərə çatıb”.

“Yoluxanların sayı sürətlə artır. Vəziyyəti ağır olan və ölənlərin də sayı sürətlə çoxalır”, - deyə, R.Bayramlı əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR