Slimfit
  1. GÜNDƏM

Yol polisləri pul yığıb ehtiyacı olanlara əlil arabası alıb göndərdi

Yol polisləri pul yığıb ehtiyacı olanlara əlil arabası alıb göndərdi
Sakura

Ərzaq yardımı üçün isə maddi dəstəyi 16-cı polis bölməsinin əməkdaşları edib.

Sürücülər üçün təlim keçən Arzu Babazadə karantin günlərində xeyirxah işlər də görüb. O, ümumilikdə 12 ailəyə uzun müddət üçün nəzərdə tutulan yardımlar təşkil edib. Arzu Babazadəyə bu işdə dostları da kömək edib. Yardım edilənlər arasında Qarabağ və Aprel döyüşlərinin iştirakçıları, 4 fikizi qüsurlu ailə də olub. Həmin ailələrə yardım kampaniyasına polislər də qoşulub. Ens.az xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən A.Babazadə deyib ki, ərzaq yardımı üçün maddi dəstəyi Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları edib.

Fiziki qüsurlu iki nəfərə isə əlil arabasının alınmasına Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yardım edib. Şöbənin əməkdaşı, polis baş leytenantı Zaur Cahangirovun təşkilatçılığı ilə şöbənin bütün əməkdaşları pul yığaraq əlil arabalarını alıblar. Arzu Babazadə isə həmin arabaları ehtiyacı olan şəxslərə çatdırıb: “Mən polis əməkdaşlarına təklif etdim ki, yardımları və əlil arabalarını paylamaq üçün bizimlə birlikdə getsinlər. Amma onlar bunu istəmədilər və bildirdilər ki, biz reklam istəmirik. Mən isə Avtosfer.az saytı vasitəsilə həm öz adımdan, həm də həmin ailələr adından Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.

Elmin

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR