Slimfit
  1. AZƏRBAYCAN

Yol polisindən siqaret çəkən sürücülərə xəbərdarlıq

Yol polisindən siqaret çəkən sürücülərə xəbərdarlıq
Sakura

Yol polisindən siqaret çəkən sürücülərə xəbərdarlıq

Bildiyiniz kimi avtobus və taksi surücülərinin siqaret çəkməsi dövlət qanunla qadağan olunub. Amma buna əməl etməyən sürücüləri kifayət qədər görürük.

Yeniavaz.com xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bununla bağlı Modern.az saytının suallarını cavablandırın.

O bildirib ki, gün ərzində istər yolda xidmət aparan yol polisi əməkdaşları, eyni zamanda 300 texnika vasitəsi ilə küçə və prosopektlərə nəzarət olunur.

“Hər hansısa qayda pozuntusu müşahidə olunursa, sürücü saxlanılaraq inzibati məhsuliyyətə cəlb olunur. Сərimələr 40-50 manat arasında müəyyənləşdirilir.Bu yalnız taksi və avtobus sürücülərinə şamil olunur”.

R.Quliyev sükan arxasında siqaret çəkən sürücülərə də xəbərdarlıq edib.

“Bizim praktikamız göstərir ki, tütün məhsullarını istifadə edərkən əksər hallarda sürücünün diqqəti yayınır. Bu da öz növbəsində yol hərəkəti qaydalarının pozulmasına, qəzaların və eyni zamanda avtomobildə yanğın hadisəsinin də baş verməsinə səbəb ola bilər.

Baş Dövlət Yol Polis İdarəsi tütündən istifadənin zərəri və ətraf mühitə ziyanlı təsiri barədə bir daha yol hərəkəti iştirakçılarına müraciət edir ki, onların büdcəsinə, səhhətinə və həyatlarına təhlükə yaranmasın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR