Slimfit
  1. CƏMİYYƏT

Yol polisi 100-200 manata saxta sənəd verir?

Yol polisi 100-200 manata saxta sənəd verir?
Sakura

Yol polisi 100-200 manata saxta sənəd verir?

Qəza zamanı əksər sürücülər avtomobili yolun ortasında saxlayır və hadisə yerini tərk etmirlər. Onlar DYP, sığorta şirkətinin nümayəndəsinin gəlməsini gözləyirlər. Nəticədə yolda uzun tıxac yaranır. Səbəb isə çox sadədir, sığorta şirkətləri belə halda ödəniş etmirlər. 

Bəs, hadisə yerindən avtomobili uzaqlaşdırmaq qayda pozuntusu hesab edilirmi?

“Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsi, IV bənd: Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsi boşaldılmalıdır.

Sığorta eksperti Xəyal Məmmədxanlı hesab edir ki, sürücülər minumum prosedur olmasını istəyirlər, lakin sığorta şirkətləri də öz tələblərində haqlıdır:

“Bunu həm qanun tələb edir, həm də sığorta şirkətinin hadisənin iştirakçıları, ciddiliyi və başqa təfərrüatlarını müəyyən etmək hüququ var. Mülki Məcəllə və “İcbari sığorta haqqında” Qanunda da göstərilib ki, sığorta alan sığorta predmentini təqdim etməlidir. Əks halda sığorta şirkəti ödəniş etməyə bilər”.

Xəyal Məmmədxanlı əlavə edib ki, bu məsələdə yol polisinin şəffaf işləməsi ən önəmli məqamdır:

“Çox istərdik ki, yol polisi şəffav işləsin, düzgün qərarlar versin ki, sığorta şirkətləri onlara etibar etsin. Amma mən sizə yüzlərlə fakt deyə bilərəm ki, sığorta şirkətlərini yol polisinin əli ilə aldatmağa çalışırlar. Yol polisinə 100-200 manat verilər ki, Forma 4-ü istədikləri kimi alsınlar. Təəssüf ki, bir çox hallarda yol polisi bununla razılaşır”.

Qeyd edək ki, hadisə zamanı siz hərəkətə mane olmamaq üçün şəkilləri çəkdikdən sonra avtomobili oradan kənarlaşdırırsınızsa və bu zaman hadisə baş verdiyi an dəymiş zərər eyni cür qalırsa, o zaman sığorta sizə heç nə deyə bilməz. Həmçinin, hadisə zamanı DYP-nin çəkdiyi sxem, sizin lentə aldığınız foto və video avtomobili qiymətləndirməyə imkan verir. Ona görə qəza baş verəndə ağır fəsadlar yoxdursa, günahkar bəllidirsə, foto və video çəkib, yolu boşalda bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR