Slimfit
  1. İQTİSADİYYAT

“Yessentuki” sularının Azərbaycana tədarükünə başlanılıb

“Yessentuki” sularının Azərbaycana tədarükünə başlanılıb
Sakura

“Yessentuki” sularının Azərbaycana tədarükünə başlanılıb

Rusiyanın "Kavminkurortresursı" (KMKR) dövlət şirkətinin törəmə müəssisəsi "Аkva Holdinq" Azərbaycana "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükünə başlayıb.

AZƏRTAC KMKR-a istinadla xəbər verir ki, "Аkva Holdinq" şirkəti Azərbaycanın “FL Trans” şirkəti ilə "Yessentuki 4" və "Yessentuki 17" mineral sularının tədarükü haqqında müqavilə imzalayıb. Müqavilə çərçivəsində Azərbaycana 48 min butulka mineral su göndərilib. Tərəflər əməkdaşlığı genişləndirməyi və tədarükün həcmini artırmağı planlaşdırır. Azərbaycana ixrac olunan mineral sular rus və Azərbaycan dillərində xüsusi etiketlə buraxılacaq.

"Müəssisəmiz Azərbaycan bazarı ilə yanaşı, İsrail, Qazaxıstan və Belarusa məhsul ixracının başlamasına hazırlaşır", - deyə "Akva Holdinq"in baş direktoru Süleyman Vakapov deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR