Slimfit
  1. DÜNYA

Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi

Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Sakura

Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi

Beynəlxalq alimlər qrupu 2017-ci ildə istehsalının guya tamamilə dayandırılmağına baxmayaraq, Yerin atmosferində güclü istixana qazının — triftormetanın səviyyəsinin artdığını müəyyən ediblər.

Bu barədə “Phys.org” nəşrində Bristol Universiteti tərəfindən  yerləşdirilən press-relizdə deyilir.

Triflormetan tullantılarının bir tonu 12 min tondan çox karbon qazına ekvivalentdir. Bu qaz sənayedə, demək olar, tətbiq olunmur, lakin inkişaf etməkdə olan ölkələrdə soyutma sistemlərində geniş istifadə olunan digər kimyəvi maddələrin istehsalı nəticəsində yaranır. Qazı fraksiyalara ayıran qurğulardan (QFQ) ən çox istifadə edən  Hindistan və Çin 2015-ci ildə qaz tullantılarını azaltmaq niyyətində olduqlarını açıqlamışdılar, 2017-ci ildə isə həmin ölkələrin hökumətləri bu qurğulardan, demək olar ki, tamamilə imtina etdiklərini bildirmişdilər.

Alimlər 2015-ci ildən 2017-ci ilə qədər QFQ tullantılarının konsentrasiyasının Yer atmosferində azalmağa başlayacağını gözləyirdilər. Lakin yeni bir araşdırma göstərib ki, bu qazların həcmi əksinə artaraq, 2018-ci ildə rekord səviyyəyə çatıb.

Tədqiqatçıların fikrincə, artımın səbəbi Çin və Hindistanın dedikləri kimi triftormetanın ləğv edilməsi proqramını uğurla yerinə yetirməmələri ilə bağlıdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR