Yerə siqaret kötüyü atanlara pis xəbər: 950 manat cərimə
Portuqaliyada yeni qanun qüvvəyə minib.
Publika.az xəbər verir ki, qanuna əsasən, ictimai məkanlarda siqaret kötüklərini yerə atanlar 25-250 avro (təxminən 50-500 manat) cərimə ödəyəcək.
Qərar zərərli maddələrin ətraf mühitə mənfi təsirinin qarşısını almaq məqsədilə qəbul edilib. Burada sadəcə küçələr deyil, çimərlik, çay kənarı və parkların da siqaret kötüklərindən təmizlənməsi nəzərdə tutulur.
Yeni qanun ictimai xidmət sektorlarına da bəzi məsuliyyətlər gətirib. Belə ki, alış-veriş mərkəzləri və hotel tipli məkanlarda siqaret çəkilməsi üçün nəzərdə tutulan yerlərə külqabı qoyulmalı və onun təmizliyinə nəzarət olunmalıdır. Bu məsuliyyəti icra etməyənlər 240-500 avro (450-950 manat) cərimə ödəyəcək.
Aparılan araşdırmalara görə, Portuqaliyada 1 dəqiqədə küçəyə 7 min siqaret kötüyü atılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət