Slimfit
  1. KOSMOS

Yerə oxşayan yeni planetlər necə görünür?

Yerə oxşayan yeni planetlər necə görünür?
Sakura

Yer tipli ekzoplanetlər: gələcəkdə insanlar hara köçəcək?

Həqiqətən biz Kainatda yalnızıqmı? Bu sualı bəşəriyyəti artıq çoxdan düşündürür. Hələ indiyə qədər elə hesab edilirdi ki, Yer kainatda həyatın mövcud olduğu yeganə planetdir, amma indi alimlər buna tam əmin deyillər.

Ulduzların şüa sürətinin spektometrik ölçülməsi sahəsində yeni texnologiyalar alimlərə Günəş Sistemindən kənara nəzər yetirməyə imkan verdi və əldə edilmiş məlumatlar Yerin əvvəllər hesab edildiyi kimi unikal olmaması barədə fikirləri təsdiqlədi.  NASA-nın son hesablamalarına əsasən Süd Yolu daxilində 200 milyard ulduz var ki, onlardan ən azı 10-20%-də yaşayış əlamatələri ola bilər.

Ekzoplanetlər ilk dəfə nə vaxt tapılıb

Digər səma cisimləri ətrafında dövr edən Yerə bənzər cisimlərin mövcudluğu barədə ilk təkliflər hələ orta əsrlər alimləri Kopernik və Cordano Bruno tərəfindən edilmişdi. Amma 1995-ci ilə qədər rəsmi elm Yerə bənzər təmiz suyu olan ekzoplanetlərin mövcudluğunu fərziyyə hesab edirdi. İndi isə alimlər əmindirlər ki, demək olar ki, hər ulduzun ətrafında bir və ya bir neçə planet var, bu isə ancaq bizim qalaktikamız daxilində potensial yaşayış mümkün olan yüz milyonlarla dünya deməkdir.

Təəssüf ki, ekzoplanetlərin aşkar edilməsi texnologiyaları başlanğıc mərhələdədir, amma NASA-da yaxın onillikdə artıq böyük irəlilərişə nail olmağa ümid edirlər. Güclü orbital teleskopların inşası astronomiyanın bir çox sahələrində və ilk növbədə yaşayış mümkün olan dünyaların axtarışındakı bilikləri artırmalıdır.

Ekzoplanetlər nədir və hansı formaları var

Günəş sistemindən kənarda yerləşən istənilən planet ekzoplanet adlanır. Onlar müxtəlif ölçü və tərkiblərə malik ola bilər - kiçik qayalı planetlərdən tutmuş qaz nəhənglərinə qədər. Hazırda 2688 planetar sistemdə cəmi 3583 ekzoplanet kəşf edilmişdir. Ekzoplanetlərin müxtəlif təsnifat üsulları mövcuddur, amma NASA standartlarına görə onlar aşağıdakı tiplərə bölünürlər

Ekzo Yerlər. Bunlar bizimki ilə çəki, tərkib, radius, atmosfer,öz ulduzlarının məskunlaşma zonasındakı orbiti ilə eyni olan yer qruplu planetlərdir. Onlar əsasən silikat süxurları və metallar kimi ağır elementlərdən ibarətdir. Onlarda metal nüvə, silikat mantiya və qabıq var. Həmçinin onlar atmosferi və səthi artıq radiasiyadan və ulduz küləklərindən qorumaq üçün kifayət qədər maqnit sahəsinə malikdir. Buna görə də, yer sakinləri üçün yeni vətən roluna ilk namizədlərin arasında məhz bütün parametrlərinə görə Yerə oxşayan belə ekzoplanetlər nəzərdən keçirilir.

Superyerlər. Bu Yerdən çəkisinə görə 1-10 dəfə çox olanlardır. Bu termin məskunlaşma və səma cisminin səthi şəraitinə əsaslanmır. Yerin çəkisindən artıq, amma qaz nəhənglərinə çatmayan bütün yeni ekzoplanetlər belə onlarla müəyyən edilir. Onlar məskunlaşma üçün tamamilə yararsız ola bilər, həmçinin həyat üçün bütün şəraitə malik ola bilər.

Okean-planetlər və səhra-planetlər. Bu ekzoplanetlər ya maye formasında su ilə 100% örtülüb, ya da əksinə özündə heç bir formada duzlu su olmayan quru səhralığı təcəssüm etdirənlərdir.

Alimlər güman edirlər ki, stabil orbitdə yerləşən su dünyaları daxilində həyatın mənşəyi şansı çox yüksəkdir. Səhra-planetlər öz növbəsində tamamilə ölüdür və insanın gələcəkdə yeni evi ola bilməzlər.

Qaz nəhəngləri. Yerin çəkisindən 10 dəfə böyük, hidrogen və heliumla əhatə olunmuş kiçik daşlı nüvədən tərkibli bütün planetləri qaz nəhəngləri adlandırırlar. Demək olar ki, ən əvvəl aşkar olunmuş bütün kəşf edilən ekzoplanetlər məhz qaz nəhəngləridir, çünki yer tipli kiçik qayalı planetlərdən fərqli olaraq, onları aşkar etmək daha asandır.

İsti Yupiterlər. Bu öz ulduları ətrafında çox yaxından dövr edən qaz nəhəngləridir. Bu özlüyündə adi qaz nəhənginin yüksək temperaturlu variantıdır.

İlk dövrlərdə onlar alimlər üçün tamamilə gözlənilməz oldu, çünki belə cisimlər hidrogen birləşmələrinin bərk buz parçalarına donub yapışan ulduzlardan xeyli uzaqda formalaşa bilər. Sonra sübut edildi ki, İsti Yupiterlər adətən ulduzun cazibəsinə tutulmuş özlərinin günəş sistemlərinin mərkəzinə miqrasiya edən adi qaz nəhəngləridir.

Köçəri planetlər Bütün qalaktika üzrə sərbəst üzən ulduzsuz planetlər. Alimlərin qiymətləndirməsinə görə didərgin planetlərin qalaktikamızdakı sayı çoxdur və yüz milyardlarladır, amma onları aşkar etmək çətindir. Belə planetdə həyatın mövcud olması şansı çox azdır. Həm də onlar daha qonaqpərvər dünyalar üçün təhlükədir.

Əlavə olaraq hipotetik (fərziyyəyə əsaslanan) planet tipləri də var: xtonik və pulsar planetlər. Birincilər özündə qaz qabığının tam itməsinə qədər yanmış qaz nəhəngləri, ikincilər isə özündə pulsarların ətrafında dövr edən ölü səma cismlərini təcəssüm etdirir.

Həyat üçün yararlı olan ilk öyrənilmiş ekzoplanetlər

Kepler-62 f

Bir çox alimlərin fikrincə, bu planet Yerə ən çox oxşayanlardan biridir. O, yerdən 1,4 dəfə böyükdür və isti superyerlər sinfinə aiddir. Onun günəşi 4-7 milyard yaşı olan Lira Kepler-62 bürcündəki tək narıncı cırtdandır. Hesab olunur ki, böyük ehtimalla orada maye su və karbon qazının üstünlük təşkil etdiyi atmosfer var, buna görə də planet SETI-nin hədəf siyahısındadır. Yeganə mənfi cəhət məsafədir. Kepler-62 f bizdən 1200 işıq ili məsafəsində yerləşir, buna görə də onu yaxın gələcəkdə ətraflı öyrənmək mümkün deyil.

Gilese 667 C c

Həyat üçün yararlı olan ekzoplanet mövcuddursa, onda Gilese 667 C c mütləq bu siyahıya düşəcək. Onun müsbət cəhətləri bunlardır: 90% yerə yaxın temperatur rejimi, yüksək CO2 tərkibli kifayət qədər sıx atmosfer və Yerə nisbi yaxınlıq (22 işıq ili). Əsas mənfi cəhət qismində yerin çəkisindən ən azı üç dəfə böyük olmasıdır. Buna görə də gələcək kolonistlər yüksək cazibə ilə mövcud olmalı olacaqlar. Planet qırmızı cırtdan Qlize 667 ətrafında dövr edir. Onun yaşı 4-7 milyard il kimi qiymətləndirilir, çəkisi isə Günəşdən cəmi 31% çoxdur.

Kepler-62 e

Kepler-62 ulduzunun ətrafında dövr edən perspektivli superyer Astronomlar əmindirlər ki, onun çəkisi yerdən 1,6 dəfə çoxdur, səthi isə isti okeanla örtülüb. Müxtəlif su orqanizmləri (NASA hesablamalarına əsasən bunun ehtimalı 70-80% təşkil edir) üçün rahat ev olmaq şansı olan əsl kurort planetidir.

Gliese 581 g

Mübahisəli statusa malik daha bir planet, onun mövcudluğu gah təsdiqlənir, gah da təkzib edilir. O təxminən Yerdən 20,4 işıq ili məsafəsində yerləşən Tərəzi bürcünün Qlize 581 ulduzunun yaxınlığında yerləşir. Onun mövcudluğuna şübhə etməyən alimlər inandırırlar ki, məskunlaşma üçün yararlılıq səviyyəsinə görə o, ən cəlbedicilərdən biridir. Qırmızı cırtdan bu qayalı planetdə özünün çayı, dənizi və gölünün mövcudluğu üçün kifayət qədər istilik verməlidir.. Buna görə də Gliese 581 g ətrafında araşdırmalar indiyə qədər hələ də aparılır.

Kepler-22 b

Bəlkə də ən məşhur və yaxşı öyrənilmiş ekzoplanetdir. Alimlərin qiymətləndirməsinə əsasən, hətta bu planet üçün ən pis təhlükə olsa belə, bu planet nisbi rahat həyat üçün yararlı olacaq. Onun radiusu yerinkindən 2,4 dəfə böyükdür, buna görə də cazibə qüvvəsi istənilən halda məqbul olmalıdır. Əlavə olaraq, yüksək CO2 tərkibli atmosferin və qütb papaqları istisna olmaqla hər şeyi örtən böyük həcmdə suyun olması ehtimal olunur.

Planetin günəşi - Kepler-22 Qu quşu və Lira bürcləri arasında yerləşir. O spektral sinfinə görə yerin günəşinin analoqudur, onun radiusu və çəkisi isə günəşin 0,979 və 0,970 əmsalına bərabərdir. Yəni, evdəki kimi. Doğrudur, uzun məsafəyə - 619 işıq ili qədər uçmaq lazım olacaq.

Yeni ekzoplanetlər

Astronomların ən yeni kəşfi ətrafında yeddi ekzoplanet dövr edən TRAPPIST-1 Dolça bürcündəki tək ulduzdur. Bu planetar sistem Yerdən 40 işıq ili məsafədədir və NASA alimlərinin yekdil rəyinə görə, onun kəşfi möhtəşəm uğurdur. Axı ilkin qiymətləndirməyə əsasən yeddi ekzoplanetin hamısı ölçüsünə görə Yerə oxşardır və onlardan ən azı üçünün səthində maye su var.  Ulduzun özü qırmızı cırtdandır ki, yaşı 500 milyon il kimi qiymətləndirilir. Planetlərin işığa çox yaxın yerləşməsinə baxmayaraq, onun aktivliyi nisbətən yüksək deyil, buna görə də planetlər özündə bizim Veneranı təcəssüm etdirməyəcək.

Nə üçün TRAPPIST-1-in kəşfi belə vacibdir? Alimlər bu planetar sistemləri digərlərindən fərqləndirən bir neçə əsas üstünlüyünü açıqlayıblar. Birincisi - günəşin yaşının az olması və stabilliyidir. M-cırtdanlar uzun müddət yaşayır, yəni əgər insan ora nə vaxtsa gedib çatsa, həmin yerdə hər yeddi ekzoplaneti tapa biləcək. İkincisi qonaqpərvərlik. Yeddi planetdən üçünün atmosferində oksigen, karbon qazı və ozon var, bu da günəş radiasiyasından etibarlı müdafiə deməkdir. Üçüncüsü 40 işıq ili nisbətən böyük məsafə deyil. Buna görə də TRAPPIST-1-dəki ekzoplanetlərin kəşfi həqiqətən çox vacib hadisədir ki, onun əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir.

Proksima Sentauri b yer tipli ən yaxın ekzoplanetdir

Proksima Sentauri b Yerə ən yaxın ekzoplanetdir (4,22 işıq ili) ki, məskunlaşma zonasında yerləşir. Bu amil çox vacibdir, çünki Yerə oxşayan digər ekzoplanetlər bizdən on və ya yüz işıq ilində yerləşiblər. İstisna deyil ki, uzaq kosmosa ekspedisiyanın ilk cəhdləri məhz bu tərəfə istiqamətlənib.

Amma hər şey ilk baxışda göründüyü kimi sevindirici deyil. NASA-dakı mövcud məlumatlara əsasən, Proksima Sentauri b - soyuq qayalı superyerdir ki, özünün işığından böyük həcmdə radiasiya şüalanması qəbul edir. Buna görə də orda olacaq ilk insanlar qonaqpərvər qəbula ümid etməyə bilərlər. Bununla belə bəşəriyyət artıq uzaq kosmik səyahətlər üçün effektiv vasitələrə malik deyil. Bu ümid verir ki, ilk ulduzlararası gəmilərin kəşfi anında bizim yaxınlığımızda yeni və daha perspektivli ekzoplanetlər tapılacaq.

Ən yaxın ekzoplanetlərdə kolonizasiya nə vaxt mümkün olacaq və hansı maneələr mövcuddur

Məskunlaşma üçün 100% yararlı olan ekzoplanetlərin kəşfi ancaq işin ancaq yarısıdır. Hətta Yerin yaxınlığında belə (1-10 işıq ili) bütün parametrlər üzrə uyğun olan ekzoplanetlər tapılacaq, onlardan bizi elə nəhəng məsafə ayırır ki, kosmik ekspedisiyalar hələlik tamamilə qeyri-real görünür.

Hazırda artıq Günəş Sisteminin sərhədlərini tərk etməyə qadir olan kosmik gəmilər və istilik-nüvə raketləri layihələri mövcuddur, amma onların sınaqları bir neçə ciddi çətinliklərlə qarşılaşıb. Əsas çətinlik aşağı səmərəlilikdir. Hətta gəmilər planlaşdırılmış sürətə çatsalar belə, ən yaxın ulduza uçuş bir tərəfə ən azı 10 il vaxt tələb edir. İkincisi yüksək sürət zamanı korpusun kosmik tozla zədələnməsinin qaçılmaz olmasıdır. Üçüncüsü sürətlənmə və ya tormozlama zamanı insan bədəninə olan dağıdıcı yükdür.

Hələ uçuş zamanı heyətin radiasiya şüalanması və ya qapalı məkanda uzun müddət qalmaları ilə əlaqədar mümkün psixoloji problemlər riski kimi təhlükələrdən danışmırıq.

Yaxın gələcəklə nəyə ümid etmək olar

Maqnit monopoliyaları üzərində foton mühərriki, ion mühərriki, Bassard mühərriki və ya annigilyasiya mühərrikləri kimi digər perspektivli layihələr nəzəriyyədə yaxın onillikdə reallaşdırıla bilər və Alfa Sentavr və ya Bernard ulduzuna olan uçuş müddətini 2-5 ilə qədər azaltmaq üçün kifayət qədər məhsuldarlığı təmin etməyə qadirdir. Amma buna baxmayaraq ikinci və üçüncü problem onsuz da həll edilməmiş qalır.

Yaxşı alternativ “köstəbək yuvaları” və ya varp-mühərriklər adlandırılanların köməyi ilə ani yerdəyişmə ola bilərdi, amma hazırda bütün bunlar elmi fantastika kateqoriyasına aiddir. Birincilərin mövcudluğu imkanı bu gün ümumiyyətlə sual altındadır, ikincilərin isə nəzəri əsası var(fizik Migel Alkuberrenin əməyi sayəsində), amma bu prinsipləri praktikada necə reallaşdırmaq lazım olduğunu heç kim təsəvvürünə belə gətirmir. Buna görə də NASA-nın qiymətləndirməsinə əsasən yaxın yüzillikdə günəş sisteminin hüdudlarından kənara idarə edilən ekspedisiyalar haqqında arzulamaq belə lazım deyil, əsas kolonizasiya proqramı isə Mars və Yupiterin sputnikinə istiqamətlənəcək.

Tanınan ekzoplanetlərdə həyat aşkar etmək şansı varmı? Bu məsələdə alimlər heç bir dəqiq mülahizə irəli sürməyə cürət etmirlər. Himalay hörümçəkləri-qaçağanlar, dəniz dərinliyindəki Belə ekstremal orqanizmlərin öyrənilməsi halqalı və iblis qurdlar, müxtəlif dərinlikdə yaşayan bakteriyalar, Bdelloidea rotiferləri və ya asta yeriyənlər kimi ekstremal orqanizmlərin öyrənilməsinin köməyi ilə bioloqlar digər planetlərdə həyat formalarının inkişafını simulyasiya etməyə cəhd edirlər, amma bu kor-koranə hərəkətə bənzəyir. Hələlik dəqiq bunu demək olar - yaxın vaxtlarda yüksək inkişaf etmiş sivilizasiyaların nümayəndələri ilə heç bir görüşdən çəkinmək lazım deyil. Axı bütün səylərə baxmayaraq, bütün müşahidə tarixində yadplanetli şüura işarə etməyə qadir olan heç bir süni siqnal aşkar edilməyib. Bu da o deməkdir ki, digər kosmik səyyahlarla qarşılaşmaq ehtimalı sıfıra bərabərdir.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR