Alimlərin fikrincə, kişi 1990-cı illərdə 6 nəfərdən ibarət olmuş tayfanın sonuncü nümayəndəsidir
Dünyanın ən tənha adamı tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Braziliyanın Rondoniya şəhərində yaşayan naməlum tayfanın nümayəndəsi olan kişi 22 ildir ki, tənha yaşayır. Vaxtının böyük hissəsini o meşə heyvanları ovlamaq, papay və qarğıdalı yetişdirməklə keçirir.
Onun yaşadığı ərazinin ətrafında bir neçə dərin xəndək var. O bu xəndəklər vasitəsilə heyvan tutur və bəzən də özü orada gizlənir. Buna görə də o "deşikdəki adam" adını alıb.
Alimlərin fikrincə, kişi 1990-cı illərdə 6 nəfərdən ibarət olmuş yayfanın sonuncü nümayəndəsidir. Onun 5 yaxını fermerlərlə torpaq davaları zamanı öldürülüb. Bundan sonra hindu 20 il insanlardan gizlənib. Ancaq indi o kameralara düşüb. Məlumata görə, onun 50 yaşı var.
Amazon meşələrində cəmiyyətdən uzaq düşmü 113 qəbilə yaşadığı deyilir. Ancaq onlardan 27-sinin varlığı təsdiqlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət