Slimfit
  1. MARAQLI

Yer kürəsində hansı orqanizmlər daha çox ağırlıq təşkil edir

Yer kürəsində hansı orqanizmlər daha çox ağırlıq təşkil edir
Sakura

İnsanların payı olduqca cuzidir - ümumi kütlənin cəmi 0,01% -i

 Canlı orqanizmlərin hansının daha ağırlıqlı olduğunu heç düşünmüsünüzmü?

 Ens.az bildirir ki, yüzlərlə tədqiqat materiallarını toplayıb təhlil etdikdən sonra İsrailin Veysman İnstitutunun alimləri bu suala ilk dəfə  olaraq cavab veriblər.  Bitkilər Yer kürəsinin biokütləsinin 82% -ni təşkil edərək açıq üstünlük göstərir (bu, təəccüblü deyil).

 Onlardan sonra bakteriya (13%), göbələklər (2%) , arxasınca isə arxeya və protistlər kimi ibtidai varlıqlar gəlir.  Siyahının sonunda heyvanlar var - ümumi çəkinin 0,5% -dən az.

 İnsanları unutmamışıq, sadəcə onların payı olduqca cuzidir - ümumi kütlənin cəmi 0,01% -i, viruslardan üç dəfə az!. Qəribədir ki, insan buna baxmayaraq təbiətin hökmdarı olduğunu iddia edir!

 Bu iddiayla razılaşmaq da olar və  ya əksinə, amma biz insanların planetin bitki flora və faunasına köklü təsir etdiyimizi mübahisələndirə bilməzsiniz: məməlilərin 83% -i və bitkilərin 50% -i  bizim günahımız ucbatından məhv olub və əlavə olaraq qalan heyvan növləri arasında tarazlıq dəyişib : 70% quş və 93%  məməlilər əhliləşdirilib. Vəhşi heyvanlar açıq şəkildə azlıq təşkil edir!

Mənbə: mir-znaniy.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR