Slimfit
  1. AZƏRBAYCAN

Yeni səfir nazirin qəbuluna gəldi

Yeni səfir nazirin qəbuluna gəldi
Sakura

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd…

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib.
Azərbaycan XİN-dən Azvision.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb. Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR