Slimfit
  1. TEXNOLOGİYA

Yeni “Samsung S10”nun qiyməti açıqlanıb

Yeni “Samsung S10”nun qiyməti açıqlanıb
Sakura

Yeni “Samsung S10”nun qiyməti açıqlanıb

İnternetdə rəsmən təqdim edilməyən yeni qabaqcıl “Samsung S10” model sırasına aid smartfonlar barədə yeni məlumatlar yayılıb. Model sırası üçün qiymətlərin smartfonun komplektləşdirilməsi, texnoloji proqramlar və xarici görünüşündən asılı olacağı gözlənilir.

Yeni modellər üçün ilkin sifarişlərin qəbuluna 2019-cu il fevralın 20-dən sonra başlanacaq, satışa isə Beynəlxalq Qadınlar Günü ərəfəsində çıxarılacaq.  

Məlumata görə, “S10” modelinin ən ucuzunun qiyməti 850 dollar təşkil edəcək 5,8 düym diaqonallı ekran və 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilən smartfon olacaq. 6,1 düym diaqonallı klassik modifikasiyalı “Samsung” smartfonunun qiyməti yaddaş tutumundan asılı olaraq 1000-1250 dollar arasında dəyişəcək.

Qiyməti 1200-1760 dollar təşkil edəcək “S10Plus” ən bahalı qabaqcıl model olacaq. Rekord baha qiymət Cənubi Koreya şirkətinin unikal texnologiyası ilə izah olunur – 4 əsas və 2 “selfie” kamera, eləcə də 6,4 düymlük “Super AMOLED” ekran və 1024 giqabayt tutumlu quraşdırılmış yaddaş.

 

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR