Dərc edildi: Baxış sayı: 57
Mahir Emreli mövsümün ilk yarısında ən yüksək göstəriciyə sahib olub
Almaniya mətbuatı "Nürnberq" futbolçularının mövsümün ilk yarısı üçün bəzi statistikasını açıqlayıb, Mahir Emreli komanda yoldaşlarını qabaqlayıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, zərbənin gücü və sürəti ilə bağlı məlumatlarda azərbaycanlı hücumçu Mahir Emrelinin də adı qeyd olunub.
Belə ki, millimizin üzvünün matçların birində vurduğu zərbə 118,1 km/saat sürətə çatıb.
Bu, mövsümün ilk yarısında komandanın futbolçuları arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, Emreli ötən ilin avqustunda ikinci Bundesliqa klubuna keçib. Hazırda onun aktivində 4 qol və 1 məhsuldar ötürmə var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət