Dərc edildi: Baxış sayı: 54
Nyu-York məhkəməsi yanvarın 10-da Trampa hökm oxuyacaq
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organisation şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmə prosesini yanvarın 10-na təyin edib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə deyilir.
“Müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da gəlməsi planlaşdırılır”, - sənəddə deyilir.
Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Trampa hökm oxunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət