Slimfit
  1. CƏMİYYƏT

Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”...

Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”...
Sakura

Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”...

Orfoqrafiya lüğətinin nəşri sentyabr ayının sonunda yekunlaşacaq. 

Ens.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Oxu.Az-a açıqlamasında deyib.

Akademik bildirib ki, bu nəşrə heç bir lüğətdə yer almayan sözlər də daxil edilib:

“Lüğət sentyabrın 15-də nəşriyyata təhvil veriləcək. Çap olunacaq orfoqrafiya lüğətinə yeni sözlər əlavə etmişik. Məsələn, “postpandemiya” sözü heç bir lüğətdə yoxdur. Məişətimizə yeni gələn sözdür, “pandemiya sonrası” mənasını verir.

Heç bir lüğətə düşməyən sözlərdən biri “sağollaşmaq” sözü mənim seçimimlə daxil edildi. Amma o, ümumişlək sözdür. “Selfi”, “özçəkim” sözləri də çox işlənən sözlərdən idi ki, onları da yeni nəşrə salmışıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR