Dərc edildi: Baxış sayı: 522
Yeni növ koronavirüs dünyada sürətlə yayılır
Çinin Vuhan şəhərində 2019-cu ilin Dekabr ayında ortaya çıxan yeni növ koronavirus bu günə qədər 10-dan çox ölkədə rast gəlinib. "Marja" xəbər verir ki, bu ölkələrin çoxu Asiyada yerləşir.
Çin daxilində 80 nəfərin ölümünə səbəb olan, 2 min 744 adama keçən virus "Vuhan virusu" da adlandırılır.
Yeni tip koronavirus tənəffüs, asqırma və öskürmə vəziyyətlərində hava yolu ilə keçir, ilk əlamətləri yüksək qızdırma, boğaz ağrısı, öskürək, tənəffüsdə çətinlik və ishal şəklində ortaya çıxır. İrəli mərhələlərdə sətəlcəm və böyrək çatmazlığına səbəb olan virus, nəhayət ölümlə nəticələnə bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət