Slimfit
  1. TEXNOLOGİYA

Yeni neyroşəbəkə insanın üzünə əsasən cinayətə meyilliyini müəyyənləşdirir

Yeni neyroşəbəkə insanın üzünə əsasən cinayətə meyilliyini müəyyənləşdirir
Sakura

Yeni neyroşəbəkə insanın üzünə əsasən cinayətə meyilliyini müəyyənləşdirir

Ens.az bildirir ki, Amerika Birləşmiş Ştatlarında olan bir qrup alim, insanın fotoşəkili ilə cinayətə nə dərəcədə meyilli olduğunu proqnozlaşdıran üz tanıma proqramı yaratdıqlarını açıqlayıb. Müəlliflər tam olaraq söyləmədikləri və tənqid qasırğasına tuş gəlmələri səbəbiylə neyroşəbəkəsinin məhz nəyi və necə etdiyini hələ də anlamaq mümkün olmayıb. Ancaq şübhə yoxdur ki, bu cür proqram həqiqətən yaradılarsa, yalnız polis və xüsusi xidmət orqanlarında deyil, həm də onu özünə uyğun sayacaq hər hansı şirkətdə də son dərəcə populyar olacaq.

Artıq Harrisburs Universitetinin internet saytından silinmiş press-relizdə, professor Nataniel Eşbi və Ruzbet Sadeqya tərəfindən hazırlanan texnologiyanın "insanın cinayətkar olub olmayacağını əvvəlcədən təxmin edə biləcəyi" ifadə edildi. Yayımlandıqdan sonra keçən gün ərzində alimlər, məlumat analitikləri və insan hüquqları müdafiəçiləri bu araşdırmanı kəskin tənqid atəşinə tutaraq, müəllifləri elmə əsaslanmamaqda və məsuliyyətsizlikdə günahlandırıblar.

Universitetin nümayəndəsi isə açıqlamasında bildirib ki, "fakültə yaranmış narahatlıqlara cavab vermək üçün məqaləyə düzəliş edir." Tədqiqatın müəllifləri isə vəziyyət barədə hələ açıqlama verməyiblər.

Tədqiqatçıların konkret olaraq nələri yaratdıqlarını başa düşmək çətindir, çünki orijinal məqalədə onların dediklərini təsdiqləyən heç bir məlumat və ya tədqiqat sənədləri yoxdur. Yalnız fotoşəkillə insanın cinayətə meylini təxmin edə bilən dərin öyrənmə metodu ilə yaradılan sinir şəbəkəsi modelindən bəhs olunduğu məlumdur. Məqalə "Springer Nature" akademik nəşriyyatının toplusunda dərc olunmalıdır.

Tədqiqatçılar iddia edirlər ki, onların texnologiyası " şəkildə cinayət törərməyə olan meyli göstərən xırda xüsusiyyətləri tanıya bilər".

“Cinayət, müasir cəmiyyətin ən çox nəzərə çarpan problemlərindən biridir. Press-relizdə bildirilirdi ki, qanun-qaydanın qorunmasında əldə olunan irəliləyişə baxmayaraq, cinayətkar fəaliyyət cəmiyyətdə yırtıcılığını davam etdirir, - idrak tapşırıqlarını yerinə yetirməyə qadir olan kompüterlərin inkişafı, məsələn, insanın cinayət meyllərini onun üzü əsasında müəyyənləşdirməsi, hüquq-mühafizə orqanlarına və digər kəşfiyyat orqanlarına cinayətin qarşısını almaqda əhəmiyyətli üstünlük qazandıracaq"

Nəzəri cəhətdən belə bir sistemin yaradılması yəqin ki, mümkündür. Bunu etmək üçün iki məlumat silsiləsini toplamaq lazımdır - cinayət törətmiş və ya qanunları pozmuş şəxslərin şəkilləri və tamamilə qanunlara tabe olan vətəndaşların şəkilləri. Bu şərtlə ki, hər bir silsiləyə milyonlarla üz daxil edilsin. Sonra ilk silsilədən şəkillərin üz xüsusiyyətlərində müəyyən qanunauyğunluqlar tapmağa cəhd etmək. Ancaq bu nəzəriyyədə belədir. Prinsipcə, şəxsiyyət xüsusiyyətlərinin üz əsasında müəyyənləşdirilməsi mümkündürmü - psixoloqlar tərəfindən çoxdan müzakirə olunan bir sualın cavabı yoxdur.

İlin əvvəlində ABŞ-da qırxdan artıq ictimai təşkilat, tez-tez məxfilik hüququnu pozmaqda günahlandırılan üz tanıma texnologiyasına qadağa tələb etdi. Buna səbəb, açıq mənbələrdən insanların 3 milyard görüntüsünü toplayan və dövlət orqanları ilə əməkdaşlıq quran, polis və ya xüsusi agentlərin tanıya bilmədiyi insanları tanımağa kömək edən bir şirkət haqqındakı məqalə idi.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR