Slimfit
  1. TEXNOLOGİYA

Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər
Sakura

Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla hiss edərək müəyyənləşdirməyi öyrədiblər.

ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, mühəndislərin sözlərinə görə, ənənəvi avtomatik idarəetmə metodları robotları əks-əlaqə ilə təmin edən bir neçə hərəkəti müəyyənləşdirmə kamera sistemləri üzərində qurulub. Bu, mexanizmə məkanda istiqaməti müəyyənləşdirməyə imkan verir. Elastik robotlarda isə bu bir qədər fərqlidir.

Uzun müddət tədqiqat qrupu elastik modellərə ətrafı “hiss etməyə” imkan verəcək cihaz üçün uyğun material axtarışında olublar. Nəhayət, mütəxəssislərdən biri pyezorezistiv xüsusiyyətlərə malik və elektromaqnit maneələrdən qorunmaq üçün istifadə olunan təbəqələrdən istifadəni təklif edib. Məhz onlardan elastik sensorlar yaratmaq mümkün olub.

Lazımi ölçüləri əldə etmək üçün tədqiqatçılar robotların daha elastik olması üçün müxtəlif naxışlarda keçirici silikon təbəqələrin düzbucaqlı zolaqlarını lazerlə kəsiblər. Nəticədə robotlara ətrafı öyrənməyə imkan verəcək “dəri” əmələ gəlib.

Görülən işlərin qiymətləndirilməsi üçün tədqiqatçılar tərəfindən elastik robotlardan əldə edilən informasiyanı təhlil edən neyron şəbəkə yaradılıb. Nəticələrdən məlum olub ki, robot məkanda təkcə istiqaməti müəyyənləşdirmir, həm də tədqiqatçıların təklif etdiyi şablonlar üzərində öyrənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR