Yeni il bayramında xaricə səfər neçəyə başa gələcək? - QİYMƏTLƏR
Yeni ildə ardıcıl bir həftə qeyri-iş günü olacaq. Bayram tətilini ölkədən kənarda keçirmək istəyənlərin sayı kifayət qədərdir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, turizm ekspertlərinin sözlərinə görə, yerli turistlər daha çox Türkiyə, Dubay və Gürcüstana səfər edirlər. Qiymətlər isə gedilən ölkəyə görə dəyişir.
Turizm eksperti Rəhman Quliyev deyir ki, Türkiyə istiqamətində gediş-dönüş bileti, qarşılama və yola salma, üç gecə qalma və səhər yeməyi daxil olmaqla bir nəfər üçün qiymət 1400-1500 manatdan başlayır.
"Dubay istiqamətində isə gediş-dönüş bileti, qarşılama yola salma, üç gecə, dörd gün qalma və Yeni il şou proqramı daxil olmaqla bir nəfər üçün qiymət 1500-1700 manatdan başlayır.
Gürcüstan istiqamətində qiymətlər nisbətən ucuzdur. Bu istiqamətdə üç gecə, dörd gün qalma, səhər yeməyi və Yeni il şou proqramı daxil olmaqla bir nəfər üçün qiymət 850-1050 manat arasında dəyişir.
Ətraflı Baku TV-nin süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət