Slimfit
  1. MARAQLI

Yeni doğulmuş uşaq anasını sonuncu dəfə öpür

Yeni doğulmuş uşaq anasını sonuncu dəfə öpür
Sakura

İnanılmaz bəlanın təsvir olunduğu kadr internetdə sürətlə yayıldı.

Con və İmocen Petrak birlikdə xoşbəxt idilər: Cey bi adlı oğlunu böyüdüblər, ikinci uşağı gözləyirdilər. Qız doğulmalı idi. Ona ad belə fikirləşmişdilər – Eleonora. Lakin İmocen hamiləliyinin 36-cı ayında olanda qəfil qulağı dəhşətli dərəcədə ağrımağa başladı. Təşvişə düşmüş Con arvadını xəstəxanaya apardı. Orada ona dəhşətli diaqnoz qoydular – “infeksiyalı meningit”.

Xəstəlik tədricən inkişaf edirdi. Beynin şişməsi başladı. Çox tez hərəkət etmək lazım idi, əks halda həm ana, həm də doğulmamış uşaq ölə bilərdi. İmoceni təcili olaraq qeysəriyyəyə göndərdilər. Əməliyyat uğurlu oldu – uşaq üçün. Dünyaya Eleonora göz açdı. O bir ay əvvəl dünyaya göz açsa da tamamilə sağlam idi. Lakin İmoceni xilas etmək mümkün deyildi. İnfeksiya onun beynini yeyirdi. Qızının doğulmasından bir neçə saat sonra İmocen öldü.

Con başa düşdü ki, ümid yoxdur. O qərar verdi ki, oğlu son anda anasını görməlidir. Qoy o başa düşməsin, axı Cey Binin cəmi bir il yarım yaşı var idi, lakin oğlan anası ilə vidalaşmalı idi. İmocen naqillər və boruların dolaşdığı xəstəxana çarpayısında idi. O artıq huşunu itirmişdi. Oğlanın anasını son dəfə yanağından öpməsi anı həmişəlik şəkildə qalacaq.

Şəkli şəbəkəyə yerli kahin Rene Kinq yerləşdirdi – İmocen və Con onun ziyarətçiləri idi. O öz icmasına kömək üçün müraciət etdi, axı Con əlində iki uşaqla tək qalmışdı.

“Uşaqlar belə erkən anasız qalıblar. Con isə nəinki uşaqlarının anasını, həm də öz həyat yoldaşını, sevimli arvadını itirib. Onun həyatı alt-üst olub. O oğluna anasının evə bir daha qayıtmayacağını necə izah edəcək? Təsəvvür edə bilmirəm. Xahiş edirəm, ona kömək edin. Cona heç bir hesab ödəməyəcəyi barədə narahat olmadan bir il yaşamağa möhlət verin. O arvadı və uşaqlarının anası olmadan necə yaşayacağını anlamalıdır”, - bütün laqeyd olmayan insanlara müraciət edərək keşiş dedi.

Rene Kinq yardımın az-çox olmasının fərqinin olmadığını dedi, hətta bir fincan kofeyə belə sərf olunan beş dollar belə vacibdir. Bir ay ərzində ailəyə 120 min dollardan çox yardım edildi – 2, 5, 10 dollarlıq məbləğlər də içərisində var idi. Kimsə 100, hətta 200 dollar məbləğində kömək edirdi. Bir çox insanlar geyimlə və uşaqlara baxmaqla yardım edirdi. “Mərhəmət, səxavət və dualarınıza görə minnətdaram. Mən hətta bütün bu insanlarla tanış deyiləm, amma onlar mənə və uşaqlarıma kömək etdilər. Minnətdarlığımı heç bir sözlə ifadə etmək mümkün deyil”, - Con cavab olaraq yazıb.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR