Dərc edildi: Baxış sayı: 683
Yeni çıxan dərmanların yarısı faydasız və əhəmiyyətsizdir – Almaniya Səhiyyəsi
Farmakoloji bazara çıxarılmış yeni dərmanların yarısı əvvəlki mövcud dərmanlara baxdıqda faydasız və lazımsızdır. Bu fikri Almaniya səhiyyə sistemi nümayəndələri bildirib.
Medicina.az xəbər verir ki, Dərmanların keyfiyyəti və effektivliyi institutunun mütəxəssisi Beat Vizeler apardıqları araşdırmanın nəticələrini dərc edib.
2011-2017-ci illərdə Almaniyada qeydiyyatdan keçmiş 216 adda dərman preparatlarından cəmi 54-ü (25%)tərkibində əsaslı dəyişiklik və effektivliyini sübut edib. Qalanları artıq bazarda olan preparatların analoqudur və heç bir üstünlüyü yoxdur.
36 adda dərmanın isə effekti o qədər minimal olub ki, onu təyin etmək belə mümkünsüz idi.
Ən şoka salan məqam odur ki, psixiatriya və nevrologiya üzrə yeni dərmanların cəmi 6%-də digər dərmanlardan üstünlük və fərqliliyi sübut olundu. Diabet dərmanlarında isə bu rəqəm 7% oldu.
Bəs nəyə görə Avropa bu qədər dərmanı bazara buraxmağa göz yumur?
Onlar pasiyentlərə məhdudlaşdırılmış informasiya verir və yeni dərmanların daha çox pasiyentə çatmasına çalışır.
Məsələn, EMA tərəfindən 2009-2013-cü illərdə icazə verilmiş onkoloji xəstəlik dərmanlarının əksəriyyətinin kliniki
əhəmiyyəti və pasiyentin ömür artımına təsir etməsi barədə faktlar yox idi. İllər keçsə də həmin dərmanlar satışdadır və effektivliyi hələ də sübut etməyib.
Alimlər hesab edir ki, dar çərçivədə klinik tədqiqatdan keçmiş, müəyyən yarımqrup pasiyentlərə kömək edən dərmanların eyni xəstəlik üzrə bütün pasiyentlərə çatdırılması və bazara kütləvi çıxarılması gələcəkdə çox kədərli nəticələr verə bilər. Ona görə bazara yeni dərmanların hazırlanması, çıxarılmasına icazə məsələlərində reformalar aparmalı və beynəlxalq səviyyədə tədbirlər görülməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət