Slimfit
  1. SİYASƏT

COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır

COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır
Sakura

COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır

Noyabrın 16-da COP29 çərçivəsində “Gələcəyin liderləri: Gənclər-rəsmi dialoqu COP29-da” mövzusunda tədbir keçirilib.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  tədbir gənclərin iqlim dəyişikliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) dair fəaliyyətlərini gücləndirmək üçün mühüm bir platforma olub.

Tədbir müxtəlif ölkələrdən olan rəsmi gənclər nümayəndə heyətlərini bir araya gətirərək, onların milli iqlim strategiyalarını, layihələrini və təşəbbüslərini paylaşmaq üçün interaktiv müzakirələrə və təqdimatlara şərait yaradıb. Tədbirin əsas məqsədi gənclərin milli və qlobal iqlim gündəliyinə inteqrasiyasını artırmaq, onların liderlik qabiliyyətlərini gücləndirmək, gələcəkdə regional və beynəlxalq əməkdaşlıq üçün yeni mexanizmlər formalaşdırmaqdan ibarətdir. İştirakçılar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda gənclərin mühüm rolu barədə fikir mübadiləsi aparıb, iqlim siyasətlərində gənclərin iştirakını artırmaq üçün konkret yollar müəyyənləşdiriblər.

Tədbirdə çıxış edən İsveçrənin “1 Milyon Gənc Hərəkatı Çağırışı”nın (1MYAC) səfiri Marta Zaraqoza Navarro iqlim dəyişikliyi ilə mübarizədə gənclərin iştirakı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər yalnız gənclərin səsinə diqqət yönəltməklə kifayətlənmir, həm də onların qlobal səviyyədə iqlim strategiyalarının icrasına təsir imkanlarını artırır.

Tədbir çərçivəsində iştirakçılar öz ölkələrində həyata keçirilən uğurlu layihələri və strategiyaları paylaşıblar. Müzakirələr zamanı regional və qlobal miqyasda qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin gənclərin liderliyinin gücləndirilməsində mühüm olduğu vurğulanıb.

Baş katibin İqlim Dəyişikliyi üzrə Gənclər Məsləhət Qrupunun (Kolumbiya/Paraqvay) nümayəndəsi Cois Mendez, ICESCO-nun rəsmisi Rokiyatu, Azərbaycanın rəsmi nümayəndəsi Ceyran Cəfərova bildiriblər ki, belə təşəbbüslər regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə üçün yeni yanaşmaların inkişaf etdirilməsinə böyük töhfə verir. Vurğulanıb ki, gənclər arasında dialoqun təşviq edilməsi gələcəkdə həm ölkədaxili, həm də beynəlxalq miqyasda iqlim məsələləri üzrə əməkdaşlıq üçün daha geniş imkanlar açır. Bu tədbir göstərir ki, gənclər təkcə gələcəyin liderləri deyil, həm də bugünkü iqlim problemlərinin həllində fəal iştirakçı ola bilərlər. Belə tədbirlər gənclərin iqlim siyasətindəki rolunu gücləndirməklə yanaşı, onların öz ölkələrində və qlobal miqyasda daha davamlı və ədalətli cəmiyyət qurmaq üçün potensialını üzə çıxarır.

Tədbir iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal səylərdə gənclərin iştirakının artırılmasına yönəlmiş mühüm bir addım kimi yadda qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR