Slimfit
  1. SİYASƏT

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir
Sakura

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir

Konfransda çoxlu müzakirələr aparılır. COP29-da gözlənilən əsas məsələ milyonluq maliyyələşdirmə hədəflərinin müəyyən edilməsidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.

COP29 çərçivəsində Qazaxıstanın müxtəlif ölkələrin şirkətləri ilə bir sıra müqavilələr imzaladığını vurğulayan nazir deyib: “Strateji məqsədlərimizi nəzərə alaraq, 2060-cı ilədək sıfır karbon neytrallığına nail olmaq öhdəliyi götürmüşük. Həmin vaxta qədər istixana qazı emissiyalarını faktiki olaraq aradan qaldırmalıyıq”.

E.Nısanbayev Qazaxıstanın Azərbaycanla iqlim dəyişikliyi sahəsində Əməkdaşlıq Memorandumu imzaladığını diqqətə çatdırıb: “Bu, bizim üçün çox mühüm sənəddir. Hesab edirəm ki, imzalanan sənəd əməkdaşlığımızı dərinləşdirməyə və intensivləşdirməyə imkan verəcək”.

O əlavə edib ki, bu gün Asiya İnkişaf Bankı ilə birgə Mərkəzi Asiya ölkələri və Azərbaycanla buzlaqlarla bağlı sənəd imzalanıb. “Bu gün buzlaqların sahəsi sürətlə azalır və bu, gələcəkdə fermerlər üçün böyük su qıtlığına səbəb olacaq. Ona görə də bu məsələ bizim, habelə Özbəkistan, Qırğızıstan, Tacikistan üçün əhəmiyyətlidir. Bu sənəd buzlaqların aktiv əriməsi ilə mübarizədə vahid yanaşmaların işlənib hazırlanmasına töhfə verməlidir”, - deyə nazir sözlərini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR